Şriftin ölçüsü :

Saytın rəngi :

Su-kanalizasiya sistemi üzrə pilot layihənin təqdimatının hazırlığına dair tədbir keçirilmişdir.

06 fevral 2019 | 16:00

Fevralın 6-da Mingəçevir şəhər İcra Hakimiyyətinin bilavasitə təşkilatçılığı və “Azərsu” ASC-nin təşəbbüsü ilə su-kanalizasiya sistemi üzrə pilot layihənin təqdimatının hazırlığına dair tədbir keçirilmişdir.
    Tədbiri giriş sözü ilə açan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhərdə su-kanalizasiya sisteminin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat verərək bildirdi ki, bununla əlaqədar “Azərsu” ASC-nin rəhbərliyi ilə müntəzəm əlaqə saxlanılır və Mingəçevir şəhərində işin başa çatdırılması, əhali məmnunluğunun təmin olunması üçün əməli tədbirlər görülür. Azərbaycanda ilk dəfə olaraq su-kanalizasiya sistemi üzrə pilot layihənin hazırlanıb təqdim olunması da bu məqsədi güdür.
   “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov çıxış edərək zala toplaşanlara sədr Qorxmaz Hüseynovun salamlarını çatdırdı və Azərbaycanda ilk dəfə tətbiq olunacaq pilot layihənin nə üçün Mingəçevir şəhərində təşkil olunacağına aydınlıq gətirdi. Mingəçevirin kontakt şəhər olduğunu, dövlətə və dövlətçiliyə sadiqliyini vurğuladı. Burada ən müasir sutəmizləyici qurğuların quraşdırıldığını və onun açılışında ölkə rəhbərinin iştirakını bildirdi. Yeni layihənin üstün cəhətlərinə toxunaraq qeyd etdi ki, əsas məqsəd insanlara nümunəvi xidmət göstərməkdir. Layihəyə uyğun olaraq şəhərdə su-kanal idarəsinin yeni inzibati binası tikiləcək, burada ilk dəfə su parkı quraşdırılacaq. Əhaliyə təmiz, içməli su veriləcək.
   Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov tədbirin işinə yekun vuraraq bir daha əhali məmnunluğunun təmin olunması istiqamətində su-kanalizasiya sisteminin formalaşacağına əminliyini bildirdi.

 

 

Keçidlər