Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun Gürcüstanın Azərbaycandakı baş konsulu Mamuka Balavadze ilə tanışlıq görüşü olmuşdur.

06 fevral 2019 | 16:00

Fevralın 6-da Mingəçevir şəhəri İcra Hakimiyyətində İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Gürcüstanın Azərbaycandakı baş konsulu Mamuka Balavadze ilə görüşmüşdür. Görüş zamanı İlham İsmayılov qonağa Mingəçevir şəhəri haqqında ətraflı məlumat vermişdir. Qonaq mehriban qəbula görə İlham İsmayılova minnətdarlığını bildirmiş, şəhərimizin onda xoş təəssürat yaratdığını və görüşdən məmnun olduğunu dilə gətirmişdir.

 

Keçidlər