Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə Şəhidlərin xatirəsi yad edildi

20 yanvar 2019 | 16:00

     20 Yanvar faciəsindən 29 il keçir. Zaman ötdükcə o qanlı-qadalı gecədə baş verən hadisələri, əliyalın minlərlə insanın keçmiş sovet imperiyasının ağır texnikalarının qarşısına çıxaraq vətənin müdafiəsinə qalxması qəhrəmanlıq dastanı kimi dillər əzbəridir. Xalq öz itgilərini ürək ağrısı ilə xatırlayır, eyni zamanda məkirli düşmənə sinə gərərək mərd övladlarının qarşısında baş əyər, onlarla qürur duyur. Məhz buna görə qəhrəmanlarımızın uyuduğu Şəhidlər Xiyabanı xalqın ziyarətgahına çevrilib.
     20 Yanvar faciəsinin 29-cu ildönümünün keçrilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının tədbirlər planına uyğun olaraq Mingəçevir şəhərində də bir sıra işlər görülmüşdür. Şəhər İcra Hakimiyyətinin tərtib etdiyi tədbirlər planına uyğun olaraq şəhərin tədris müəssisələrində 20 Yanvar faciəsinə həsr olunmuş, xüsusi dərslərin keçirilməsini, “Şəhidlər Xiyabanı” ərazisində təmizlik, abadlıq, “20 Yanvar” adbidə kompleksinin qarşısında və ətrafında yenidənqurma işlərinin apalırılmasını, Mingəçevir Dövlət Dram Teatrında qanlı yanvar faciəsinin ildönümü ilə əlaqədar, tamaşa, kino, film və ədəbi-bədii kompozisiyaların göstərilməsini, “Mingəçevir” qəzetində 20 Yanvar faciəsini əks etdirən yazıların dərc olunmasını qeyd etmək yerinə düşər.
     Faciəsnin geniş şəkildə qeyd olunması məqsədilə yanvarın 20-də Şəhidlər Xiyabanındakı “20 Yanvar” abidə kompleksinin ətrafına minlərlə mingəçevirlilər toplaşmışdı. İlk olaraq şəhidlərin ruhuna dualar oxundu. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 20 Yanvar faciəsinin 29-cu uldönümü ilə əlaqədar geniş məruzə ilə çıxış etdi. Faciənin törənmə səbəbləri və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə həyata keçirilən tədbirlərdən, ulu öndər Heydər Əliyevin və möhtərəm prezidentimiz İlham Əliyevin gördükləri işlərdən bəhs etdi. Mingəçevir Dövlət Dram Teatrı aktyorlarının ifasında 20 Yanvar Şəhidlərinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş olundu.
      Sonra Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, İcra Hakimiyyətinin məsul işçilər, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin, KİV-nin nümayəndələri “20 Yanvar” abidə kompleksi önünə əklil və təzə tər güllər qoydular. Şəhidlərin xatirəsi yad edildi, onların ruhu qarşısında baş əyildi. Günorta üstü Bakı vaxtı ilə saat 12:00-da şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, avtomobillərdən səs siqnallarının verilməsi isə diqqət çəkən məqamlardan biri oldu.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər