Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər Dövlət Rəsm Qalereyasında 20 Yanvar şəhidlərinə həsr olunmuş sərgi

16 yanvar 2019 | 16:00

Mingəçevir Dövlət Rəsm Qalereyasında 20 Yanvar şəhidlərinə həsr olunmuş sərgi təşkil olunmuşdur. Yanvarın 16-da baş tutan sərgidə Mingəçevir məktəblilərinin əl işlərindən ibarət rəsm nümunələri nümayiş edilmişdir. Müxtəlif səpgilərdə işlənmiş rəsm əsərləri mahiyyətcə bir məna daşıyırdı. 20 Yanvar hadisələri keçmiş sovetlər birliyi rəhbərliyinin Azərbaycan xalqına qarşı törədilmiş ən qəddar cinayət hadisəsidir. Xalqın birliyi, əzmkarlığı, qəhrəmanlığı, mərdliyi məkrli düşmənə layiqli cavabdır. Topla, tankla, öldürücü silahlarla xalqın iradəsini qırmaq olmaz! Sərgidə nümayiş olunan balaca rəssamların çəkdikləri əsərlərdən doğan yekdil fikir belə idi: Ölərik, azadlığımızı əldən vermərik. Vətən yenilməzdir!
   Mingəçevir Dövlət Rəsm Qalereyasında təşkil olunan sərginin açılışında şəhər ictimaiyyətinin nümyəndələri ilə yanaşı təhsil işçiləri, ümumtəhsil orta məktəblərinin nümayəndələri, məktəblilər, şəhər sakinləri iştirak edirdilər. Tədbiri Mingəçevir Dövlət Rəsm Qalereyasının rəhbəri Böyükkişi Adilbəyli açaraq təşkil olunan sərgi haqqında fikirlərini açıqladı, yaradıcı məktəblilərə uğurlar arzuladı.
    Tədbirdə iştirak edən Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iştirakçılar qarşısında 20 Yanvar hadisələrindən ətraflı bəhs etməklə xalqımızın əzmkar mübarizəsini xatırlatdı. 20 Yanvar hadisələrini xalqımızın qəhrəmanlıq tarixi kimi səciyyələndirdi. Sərginin təşkilində əməyi olan hər kəsə minnətdarlığını ifadə etdi. Ölkə rəhbəri möhtərəm prezidentimiz İlham Əliyevin 20 Yanvar şəhidlərinin, bütövlükdə Azərbaycan xalqının azadlığı uğrunda şəhid olanların xatirəsini əbədiləşdirmək üçün həyata keçirdiyi tədbirlərdən bəhs etdi. Şəhidlərin ruhuna Allahdan dualar dilədi.
    Sonda Rəsm Qalereyasında təşkil olunan rəsm əsərləri ilə tanış oldu.  

 

 

 

 

 

Keçidlər