Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclərin hərbi xidmətə yolasalma mərasimi keçirildi

07 yanvar 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamı ilə ölkəmizdə gənclər hərbi xidmətə yola düşürlər. Bu münasibətlə Yanvarın 7-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəhər şöbəsi tərəfindən Mingəçevir şəhərində yola salma mərasimi keçirilib. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və hüquq mühafizə orqanlarının rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri, veteranlar, şəhid ailələri tədbirdə iştirak etmişlər. Əvvəlcə şəhər rəhbərliyi və çağırışçılar Ulu  Öndər Heydər Əliyevin abidəsi önünə əklil qoymuşlar. 
    Tədbirdə iştirak edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov mərasimdə çıxış edərək  gəncləri Azərbaycan ordusu sıralarına yola salınması münasibətilə təbrik etmiş, onlara uğurlar arzulamışdır.
   Mərasimdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəhər şöbəsinin rəisi polkovnik Şirvan Xasıyev, Qarabağ müharibəsi əlili Məhəmmədəli Ağazadə, valideyn Svetlana Məhərrəmova, çağırışçı nənəsi Səmərqə Əliyeva gənclərə uğurlar arzuladılar. Çağırışçı Şirin Həsənov  çıxış edərək vətən torpaqlarının qorunması kimi şərəfli yolda ləyaqətlə xidmət edəcəyini bildirdi.

 

 

 

 

 

 

 

Keçidlər