31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə satış yarmarkaları təşkil edilmişdir.
31 dekabr 2018 | 16:00
31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının tapşırığına əsasən Orxan bazarında və Energetiklər qəsəbəsində əhalinin kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə satış yarmarkaları təşkil edilmişdir. Sakinlər iki gün ərzində müxtəlif ərzaq və kənd təsərrüfatı məhsullarını bazardakı qiymətlərlə müqayisədə daha ucuz qiymətə əldə etmişlər.