Mingəçevirdə şəhərin idarə və müəssisə rəhbərlərinin, ictimaiyyət nümayəndələri ilə Dünya azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il şənliyi keçirildi
Dünya azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibəti ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə bədii əyləncəli tədbir keçirilmişdir. "Kosmos" sarayında , şəhərimizin idarə və müəssisə rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin, KİV təmsilçilərinin iştirak etdiyi tədbirdə çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov tədbir iştirakçılarını, onların timsalında ailə üzvlərini, bütün mingəçevirliləri təbrik edərək xoş arzularını çatdırmışdır. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə dünya azərbaycanlılarının həmrəyliyi gününün təsis edilməsindən, bu siyasəti uğurla davam etdirən ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən möhtəşəm işlərdən danışan şəhər rəhbəri son 15 ildə regionlarda görülən işlərdən geniş məlumat vermişdir. Sonra Mingəçevirdə reallaşan işlərdən danışan İlham İsmayılov əminliklə 2019-cu ilin də Mingəçevir üçün uğurlu il olacağını vurğulamışdır.
Tədbirdə şəhərin ictimai-siyasi həyatında xidmətləri olan bir qrup şəxslərə Mingəçevir şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı verildi.
Musiqiçilərin təqdim etdikləri konsert proqramı, uşaqların rəngarəng rəqsləri tədbirin ovqatını daha da rövnəqləndirmişdir.