Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Elmi-nəzəri konfrans keçirilmişdir

28 dekabr 2018 | 16:00

Heydər Əliyev Mərkəzində şəhər İcra Hakimiyyəti və YAP şəhər təşkilatı ilə birgə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə elmi-nəzəri konfrans keçirilmişdir. Dekabrın 27-də baş tutan tədbirdə “Milli lider Heydər Əliyev dünya azərbaycanlılarını birləşdirən dahi şəxsiyyət” mövzusunda maraqlı muhazirələr dinlənilmişdir. Heydər Əliyev mərkəzinə toplaşan iştirakçılar ilk olaraq ümummilli liderin dünya azərbaycanlıları ilə apardıqları əməli işləri əks etdirən filmə baxmışlar.
    Sonra konfransı şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açaraq təbriklərini çatdırmış, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün yaranması ilə əlaqədar, eləcə də dünya ölkələrində diaspor fəaliyyətinin canlanması ilə əlaqədar fikirlərini bölüşmüşdür. Ümummilli liderin Azərbaycanın dünya miqyasında daha da tanınması istiqamətində apardığı əməli işləri faktlarla dilə gətirmişdir. Qabaqcadan nəzərdə tutulmuş tədbirə müvafiq olaraq məruzəçilərə söz vermişdir.
     Konfransda “Heydər Əliyev dünya Azərbaycanlılarının vahid məqsəd ətrafında birləşdirilməsi ideyasının müəllifidir”  mövzusunda MDU Xarici dillər kafedrasının müdiri, dosent Zenfira Əzizova, “Heydər Əliyev Dünya azərbaycanlılarının birləşdirici lideridir” mövzusunda Mingəçevir Turizm Kollecinin tarix müəllimi Eldar Dərişov, “Heydər Əliyevin diaspor quruculuğu siyasəti milli həmrəyliyin yaradılmasında mühüm addımdır” mövsuzunda 16 №-li məktəbin tarix müəllimi, YAP şəhər təşkilatının idarə heyətinin üzvü Ramiz Kərimov, “heydər əliyevin müəllif  olduğu milli birlik, milli həmrəylik konsepsiyası müasir dövrdə beynəlxalq aləmdə əldə etdiyimiz uğurların əsas təminatəıdır” mövzusunda heydər  Əliyev Mərkəzinin direktoru, YAP şəhər təşkilatının Gənclər Birliyinin sədri Bəxtiyar Mustafayev çıxış etmişlər.
     Şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılov tədbirə yekun vuraraq qeyd etdi ki, bu gün köhnə illə vidalaşdığımız bir ərəfədə iftixar hissiylə vurğulayıram ki, Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursunu son on beş illik zaman kəsimində uğurla davam etdirən möhtərəm prezidentimiz İlham Əliyevin məqsədyönlü və sərrast rəhbərlik fəaliyyəti sayəsində müstəqil Azərbaycan Respublikası bütün sahələrdə daha yüksək göstəricilərə nail olmuş, dünyanın ən stabil ölkələri sırasında yer tutmuşdur.
     Dövlətimizin başçısı dünya azərbaycanlılarının həmrəyliyinə verdiyi töhfələrlə, ölkədən kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəldilməsinə çalışmaqla, milli birliyə xidmət edən addımları ilə bütün dünya azərbaycanlılarının dərin rəğbətini qazanmışdır.
     Yola saldığımız il Mingəçevir şəhərinin də həyatında xüsusi inkişaf ili olmuş, şəhərimizin sosial-iqtisadi, mədəni həyatında bir sıra uğurlara nail olunmuşdur.
     2018-ci il fevralın 27-də ölkə prezidenti şəhərimizə səfər etmiş, bir sıra obyektlərin açılışında iştirak etmişdir. “Sənaye” parkında “Mingəçevir Tekskil” MMC-nin, “ASAN” həyat kompleksinin, “SES” İdarəetmə mərkəzinin, Su təmizləyici qurğunun, “Azərişıq”ASC-nin Mingəçevir Avtomatik İdarə və Nəzarət Mərkəzinin açılışları cənab prezidentin şəhərimizə olan diqqət və qayğısının bariz nümunəsidir.
     Bu ilin aprel ayında şəhərimiz böyük bir tədbirin- Azərbaycan Respublkası Prezidentinin növbəti 7 il üçün seçilməsinin iştirakçısı olmuş, böyük ruh yüksəkliyi ilə cənab İlham Əliyevin prezident seçilməsinə səs vermişlər.
     Bu yaxınlarda şəhərimizin 70 illik yubileyi münasibətilə tədbir keçirilmiş, şəhərimizə gələn qonaqlar şəhərimiz haqqında yüksək təəssüratlarını bildirmişlər.
Mingəçevir şəhərində yola saldığımız il ərzində abadlıq, quruculuq işləri davam etdirilmiş, cənab prezidentin ayırdığı vəsaitlə 56 bina, büdcə vəsaiti hesabına 4 binanın dam örtükləri əsaslı təmir olunmuş, hazırda 56 binanın dam örtüyünün əsaslı təmiri davam etdirilir. 14 nömrəli məktəb əsaslı təmir edilmişdir.

      Şəhər İcra Hakimiyyətinin başçısı əminlik hissi ilə bildirdi ki, 2019-cu ildə şəhərimizdə abadlıq quruculuq işləri davam etdiriləcək, yeni parklar salınacaq, əvvəlki parkların görkəmi daha da gözəlləşəcəkdir. Bir sözlə, şəhərimizi yeni ildə daha böyük və yeni-yeni uğurlar gözləyir.

     Sonda bu əlamətdar günlər münasibəti ilə tədbir iştirakçılarını bayram münasibətilə təbrik еtdi, yeni ildə Mingəçevirdə yaşayan hər bir ailəyə mehribanlıq, xoşbəxtlik, bol ruzi, bərəəkət və uğurlu günlər arzuladı.

 

 

 

 

 

 

 

 

Keçidlər