Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhərin ictimai təşkilatlarının rəhbərləri ilə görüşdü

27 dekabr 2018 | 16:00

      Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov dekabrın 27-də şəhərdə ictimai təşkilatlarının rəhbərləri ilə görüşmüşdür. İştirakçıları Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə təbrik edən şəhər rəhbəri dedi ki, uzun illərdir ki, sizinlə birlikdə çalışır, Azərbaycanımızın, doğma Mingəçevirimizin inkişafı üçün xidmətlərimizi göstəririk. Bildiyiniz kimi dövlət başçısının sərəncamları ilə həyata keçirilən Regionların Sosial İqtisadi İnkişafı Dövlət Proqramı çərçivəsində ölkəmizin hər yerində olduğu kimi Mingəçevirdə də böyük işlər görülmüş və görülməkdədir. Qarşıdan gələn yeni ildə inanıram ki, şəhərimiz üçün uğurlu olacaq, burada abadlıq və quruculuq işləri davam etdiriləcəkdir.
     Tədbirdə Şəhid Ailələri və Qarabağ əlilləri və Veteranları İctimai Birliyinin Mingəçevir bölməsinin sədri Nizami Təhməzov çıxış edərək ölkəmizdə müharibə əlillərinə, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışaraq bu cür imtiyazlı ailələrə göstərilən yardımları təqdir etdi. Əmin olduğunu bildirdi ki, bundan sonra da torpaqlarımızın bütövlüyü yolunda qəhrəmanlıq göstərən hər bir vətən övladına, şəhid ailələrinə diqqət artırılacaqdır. Region Əlilləri Cəmiyyəti İdarə Heyətinin sədri Mahir Eyyubov ölkə prezidentinin Mingəçevirə göstərdiyi daimi diqqətindən danışaraq bildirdi ki, cəmiyyəti üzvlərinin sayı min nəfərdən artıqdır və biz həmişə dövlət qayğısını hiss edirik, bundan sonra da belə olacağına əminəm. Əfqan Veteranları İctimai Birliyini sədri Elşən İbrahimli, Gözdən Əlillər Cəmiyyətinin sədri Namiq Əyyubov, Regionlararası Lal-karlar Cəmiyyətinin sədri Elman Abbasov, Qarabağ Əlilləri İctimai Birliyinin sədri Maqsud Həsənov, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Mingəçevir bölməsinin sədri Natiq Həsənov, Şəhər Çernobil Cəmiyyətinin sədri Ziyaməddin Qocamanov, Əfqan döyüşçüçü Qismət Qədirov, Qarabağ qazisi Əbülfət Babayev şəhər rəhbərini təbrik edərək ona fəaliyyətində uğurlar arzuladılar, mövcud problem və qayğılarından söz açdılar. Şəhərimizə və Energetiklər qəsəbəsinə istilik sisteminin çəkilməsi məsələsini diqqətə gətirdilər, mənzil və məişət problemlərindən söz açdılar. Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri Allahverdi Alıyev illər əvvəl səhiyyə işçilərinin üzləşdiyi problemin məhz şəhər İcra Hakimiyyətinin dəstəyi ilə həll olunduğunu diqqətə çəkərək şəhərimizdə bundan sonra da uğurlu layihələrin reallaşacağına əminliyini ifadə etdi. Ölkə prezidentinin müvafiq sərəncamları ilə İcbari Ttibbi Sığortanın ilk olaraq Mingəçevirdə tətbiq olunmasından və uğurlardan söz açdı.
     Tədbirə yekun vuran İlham İsmayılov bir daha toplantı iştirakçılarını, onların timsalında əzizlərini, ailə üzvlərini əziz bayramlar münasibətilə təbrik edərək, xoşbəxtlik və səadət arzuladı.

 

 

 

 

Keçidlər