Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sahibkarlala görüş keçirdi

25 dekabr 2018 | 16:00

Mingəçevirin inkişafında, yüksəlişində sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanların xidmətləri böyükdür. Buna görə də dekabrın 25-də şəhər İcra Hakimiyyətinin müşavirə zalında İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sahibkarlarla görüş keçirdi. Görüşü açan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ilk olaraq zala toplaşanları salamladı, onlara işlərində uğurlar arzuladı. Sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sahibkarlığın inkişafı ilə bağlı həyata keçirilən siyasətdən danışaraq verdiyi tövsiyyə və tapşırıqlarda sahibkarların fəaliyyətinə daimi diqqət və qayğı göstərilməsinin vacibliyini bildirdi. Buna görə də sahibkarlarla görüşməyi, təklif və arzularını dinləməyi məqsədəuyğun hesab etdiyini qeyd etdi. Bildirdi ki, birgə fəaliyyətlə uğurlara nail olmaq olar.
    Görüşdə sahibkarlardan Vaqif Həsənov, Rəhman Qurbanov, Yusif Həmidov, Rafiq Paşayev, Mübariz Şəfiyev, Babək Cabbarov, Bəxtiyar Səmədov və başqaları çıxış edərək ilk olaraq İlham İsmayılovun şəhər İcra Hakimiyyətinin başçısı təyin olması münasibətilə təbriklərini çatdırdılar, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bu təyinatla əlaqədar minnətdarlıqlarını bildirdilər. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ölkədə, o cümlədən Mingəçevirdə münbit şəraitin olduğunu dilə gətirdilər. Xüsusilə yeni layihələrin işlənməsinə dəstək durulmasını İcra Hakimiyyətinin başçısından xahiş etdilər. Təkliflər arasında yeni kərpic zavodunun tikilməsi, Mingəçevirdə torpaq sahəsinin məhdudluğunu nəzərə alaraq Əmlak Komitəsindən dövlətə məxsus obyektlərin satın alınmasında dəstək durulmasını və bu kimi digər məsələlərin ön plana çəkilməsini vacib saydılar. Eyni zamanda sahibkarları narahat edən bir sıra cari məsələlər də qaldırıldı.
    Görüşə yekun vuran şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirdi ki, Mingəçevirin sənaye və turizm mərkəzi kimi inkişaf etməsi üçün ölkə rəhbəri hər cür dəstək göstərəcəyini bildirib. Odur ki, qanun çərçivəsində fəaliyyəti artırmaq üçün sahibkarlara bundan sonra da hər cür yardım göstəriləcək. Bunun üçün sahibkarların hər hansı bir təklifi və yaxud da arzu və istəyi olarsa şəhər İcra Hakimiyyətinin müvafiq şöbəsinə müraciət etməsi tövsiyyə olunur. Biz Mingəçevirdə abadlıq, yaşıllıq və quruculuq işlərini ardıcıl davam etdirməliyik. İ.İsmayılov iştirakçıları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramları münasibətilə təbrik edərək, onlara ən səmimi arzularını çatdırdı.

 

 

 

 

 

 

Keçidlər