Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bələdiyyə üzvləri ilə görüşdü

24 dekabr 2018 | 16:00

   Mingəçevir şəhərinə yeni təyin olunmuş İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bələdiyyə üzvləri ilə görüşdü. O, ölkə Prezidentinin Mingəçevirlə bağlı fikirlərini, onun qarşısında qoyduğu vəzifələri dilə gətirdi və bildirdi ki, artıq bir neçə layihənin icrasına başlanılıb. Başçı park və bağların, küçə və və məhəllələrin abadlaşdırılma işlərinin daha sürətlə davam etdiriləcəyini dedi və bu işlərin görülməsində bələdiyyənində yaxından iştirakının vacibliyini tövsiyə etdi.
     İlham İsmayılov eyni zamanda şəhərimizdə məşğulluq probleminin həllinə yönələn layihələrdən-Sənaye Parkında yeni fabrikin, “Azərxalça”nın müəsisəsinin tikilməsi və başqa obyektlərin açılması barədə məlumat verdi.
     Bələdiyyə sədri Coşqun Abdullayev başçının Mingəçevir bələdiyyəsinə gələrək bələdiyyə üzvləri ilə görüşməsini yüksək qiymətləndirdi və bələdiyyənin həyata keçiriləcək layihələrdə, xüsusən “Nümunəvi məhəllə” layihəsində öz töhfəsini verəcəyini bildirdi.
     Bələdiyyə üzvləri Zahid Qasımlı, Mircəmil Hacıyev, Əli Əliyev, Sahib Hüseynov və Nəbi Nəbiyev başçını vəzifəyə təyin olunması münasibəti ilə təbrik etdilər və şəhərdə görülən işlər barədə təkliflərini verərək, heç bir işdə kənarda qalmayacaqlarını, İcra Hakimiyyəti ilə qarşılıqlı əlaqədə işləyəcəklərini bildirdilər.

 

Keçidlər