“Ümummilli lider Heydər Əliyev-tarixi şəxsiyyət, əbədiyaşar lider” ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLMİŞDİR
Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq Mingəçevir şəhər İcra Hakimiyyəti və YAP şəhər təşkilatı ilə birgə dekabrın 11-də Heydər Əliyev Mərkəzində elmi-nəzəri konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə şəhər İcra Hakimiyyəti başçısı səlahiyyətlərini icra edən, birinci müavin İlham İsmayılov açaraq Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı geniş məlumat verdikdən sonra ümummilli liderin həyatına həsr edilmiş film nümayiş olundu. İ.İsmayılov sözünə davam edərək ümummilli liderə həsr olunmuş konfransın əhəmiyyətindən danışdı. Ulu öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasını təklif etdi.
Konfransda YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov, Mingəçevir Turizm Kollecinin şöbə müdiri Gülnarə Şükürova, “Azərbaycan İES” MMC-nin direktoru Təhmasib Hüseynov, Mingəçevir Tibb kollecinin şöbə müdiri Azər Quliyev ümummilli liderə həsr olunmuş müxtəlif mövzularda çıxışlar etdilər.
Şəhər İcra Hakimiyyəti başçısı səlahiyyətlərini icra edən, birinci müavin İlham İsmayılov konfransın işinə yekun vurdu.