Mingəçevir şəhərinin 70 illiyi münasibətilə möhtəşəm tədbir keçirildi
Noyabrın 11-də Mingəçevir şəhərinin 70 illiyi münasibətilə möhtəşəm tədbir keçirildi. Şəhər sakinlərinin iştirakı ilə keçirilən möhtəşəm tədbirdə şəhərimizin qonaqları və şəhər rəhbərliyi ictimaiyyət nümayəndələri ilə birlikdə ulu öndərin abidəsi önün gül-çiçək dəstələri qoydular. Sonra tədbir Dram Teatr meydanında davam etdirildi. Şəhər İcra Hakimiyyəti başçısı səlahiyyətlərini icra edən birinci müavin İlham İsmayılov başda olmaqla qonaqlar və ictimaiyyət nümayəndələri, şəhərin veteranları, teatr meydanında ayrı-ayrı müəssisə, təşkilat, ümumtəhsil məktəblərinin və turizm kollektivinin təşkil etdikləri sərgilərə baxdılar. Şəhər Musiqi kollektivlərinin ifasında mahnı və rəqslər dinlənildi. Tədbir Dövlət Dram Teatrının binasında davam etdirildi.
Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən birinci müavin İlham İsmayılov geniş məruzə ilə çıxış etdi. Bir qrup əmək veteranına, ilk quruculara və işdə fərqlənən insanlara şəhər icra hakimiyyətinin fəxri fərmanı verildi.
Tədbir respublika incəsənət ustalarının konserti ilə davam etdirildi.