Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində "Azərbaycanın Dövlət-Din modeli.. Əsas istiqamətlər" mövzusunda konfrans keçirilib.

26 sentyabr 2018 | 16:00

Sentyabrın 26-da Heydər Əliyev Mərkəzində "Azərbaycanın Dövlət-Din modeli. Əsas istiqamətlər" mövzusunda konfrans keçirilib. İctimaiyyət nümayəndələrinin, müəllimlərin, KİV təmsilçilərinin iştirak etdiyi tədbiri açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edən İlham İsmayılov ölkəmizdə dövlət-din münasibətlərinin qorunduğunu, xalqımızın firavan şəkildə yaşadığını bildirib. Azərbaycan Respublikasının dini qurumlarla iş üzrə dövlət komitəsinin sədr müavini Gündüz İsmayılov geniş məruzə ilə çıxış edib. Şəhər təhsil şöbəsinin müdiri Sahib Məmmədov təhsil müəssisələrində gənc nəslin tərbiyəsində dinin doğru şəkildə aşılanmasının aktual olduğunu vurğulayıb. Tədbirdə iştirakçılara bu mövzuda kitablar paylanıb.

 

 

 

Keçidlər