Şriftin ölçüsü :

Saytın rəngi :

07 sentyabr 2018-ci il tarixində Mingəçevir şəhər təhsil işçilərinin 2018-ci il sentyabr konfransı keçirildi.

07 sentyabr 2018 | 16:00

07 sentyabr 2018-ci il tarixində Mingəçevir şəhər təhsil işçilərinin 2018-ci il sentyabr konfransı keçirildi. Konfransın işində Təhsil İnstitutunun şöbə müdiri professor İntiqam Cəbrayılov, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, I müavin İlham İsmayılov, ali və orta ixtisas təhsil müəssisələrinin rəhbərləri, idarə və təşkilatların nümayəndələri iştirak etdi. Konfransı giriş sözü ilə şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov açaraq “2017-2018-ci dərs ilinin yekunları və Mingəçevir şəhər təhsil işçilərinin qarşısında duran vəzifələr” mövzusunda hesabat məruzəsi ilə çıxış etdi. Sahib Məmmədov tədris ili ərzində əldə olunmuş nailiyyətlər, mövcud nöqsan və çətinliklər və qarşıda duran vəzifələr barədə konfrans iştirakçılarına geniş məlumat verdi. Məruzə ətrafında çıxışlar oldu. Sonra Təhsil İnstitutunun şöbə müdiri professor İntiqam Cəbrayılov və Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, I müavin İlham İsmayılov çıxış etdi. Onlar təhsil işçilərini yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etdi, onlara bu çətin və şərəfli işlərində müvəffəqiyyətlər arzuladı.
      Konfransın sonunda konfransın qətnaməsi qəbul edildi və şəhər Təhsil Şöbəsinin Təhsilyanı Şurasının tərkibi təsdiq edildi. Bununla da konfrans öz işini başa vurdu.

 

 

 

Keçidlər