Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətində Altı aylığa yekun vuruldu

12 iyul 2018 | 16:00

İyulun 12-də “Mingəçevir şəhərinin 2018-ci ilin 6 ayında  sosial-iqtisadi inkişafının yekunları və  ilin ikinci yarısında qarşıda duran vəzifələr”ə  həsr edilmiş Şura iclası keçirilmişdir. İclası Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Nİyazi Bayramov açaraq qeyd etmişdir ki, iyul ayının  8-də Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər  Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi  inkişafının  yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.
Cənab Prezident iclasda etdiyi giriş nitqində 2018-ci ilin altı ayında qarşıda duran bütün vəzifələrin uğurla icra edildiyini, Azərbaycanın öz dinamik inkişaf templərini saxlaya bildiyini, ölkəmizin həm iqtisadi, həm beynəlxalq siyasət sahələrində uğurlar əldə etdiyini bildirdi.
Çıxışda cari ilin 6 ayında ümumi daxili məhsulun 1,3 faiz, qeyri neft sektorunun 2 faiz, kənd təsərrüfatının  7,6 faiz, xarici ticarət dövriyyəsinin 35 faiz artdığı, ölkə iqtisadiyyatına 6 milyard dollar sərmayə qoyulduğu, 67 min yeni iş yeri açıldığı və sosial tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm işlərin görüldüyü qeyd edildi.
Bu günkü iclasın keçirilməsində əsas məqsəd  Mingəçevir şəhərində 2018-ci ilin birinci yarımilliyində görülmüş işlərə baxış keçirmək və qarşıda duran vəzifələri müəyyənləşdirməkdir.
Şuranın bu günkü iclasını açıq elan edirəm. Gündəlikdə “Mingəçevir şəhərinin 2018-ci ilin 6 ayında  sosial-iqtisadi inkişafının yekunları və  ilin ikinci yarısında qarşıda duran vəzifələr” haqqında məsələ durur.
Gündəlikdə duran məsələ haqqında məlumat vermək üçün İcra Hakimiyyəti başçısının I müavini İlham İsmayılov çıxış etdi.
Sonra məruzəs ətrafında çıxışlar oldu. "Azərbaycan İES" MMC-nin direktoru Təhmasib Hüseynov, Maliyyə İdarəsinin rəisi Samir Məmmədov, Əmlak Məsələləri Dövlət Komitəsinin 8 saylı Ərazi şöbəsinin müdiri Nizami Qasımov, Mingəçevir Bələdiyyəsinin sədri Coşqun Abdullayev çıxış etdilər.
İclasda müzakirə olunan məsələyə dair qərar qəbul etdilər.
Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov iclasın işinə yekun vuraraq dedi:
—  Biz bu gün 2018-ci ilin 6 ayı ərzində şəhərimizdə görülən işlər, qarşıda duran vəzifələr barədə müzakirələr apardıq. Həm hesabatda, həm də müzakirələrdə görülən işlərlə yanaşı problemlər, və nöqsanlar qeyd edildi. Əlaqədar təşkilat rəhbərlərinin nəzərinə çatdırmaq istəyirəm ki, bu nöqsanlar və problemlər təcili şəkildə həll olunmalıdır.
Bilirsiniz ki, Nazirlər Kabinetinin iclasındakı yekun nitqində növbəti dövr üçün prioritetlərin dəyişməz olaraq  qaldığını vurğulayan ölkəmizin başçısı, Azərbaycan iqtisadiyyatının uzunmüddətli, gələcəkdə dayanıqlı  iqtisadiyyat kimi özünü göstərməsi üçün aparılan islahatların daha da dərinləşməli olduğunu, iqtisadi və maliyyə sektorunda maksimum şəffaflığın təmin edilməsinin vacibliyini qeyd etdi.
Dövlət başçısı çıxışında yerlərdə yeni iş yerlərinin açılması, sahibkarlığın və turizm sektorunun inkişafı, sosial təminat sahəsində ciddi islahatların aparılması, özünüməşğulluq proqramının əhatəsinn genişləndirilməsi, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə, qanunsuz tikililərə son qoymaq üçün bu sahədə ciddi tədbirlərin görülməsi, strateji yol xəritələrinin icrasından irəli gələn vəzifələrin sürətləndirilməsi, investisiyaların cəlb edilməsi və sair kimi mühüm tapşırıqlar verdi.
Əlbəttə,  hesab edirəm ki, bu tövsiyyə və tapşırıqlar hər birimizin, eləcə də sahibkarlıqla məşğul olan iş adamları qarşısında mühüm vəzifələr qoyur.
Əminəm ki, birlikdə qarşıda  bizi gözləyən işlərin  öhdəsindən layiqincə gələcəyik. Bu yolda hamınıza uğurlar arzulayıram.
İclasda ölkə həyatı ilə bağlı qaldırılan bir sıra məsələlərə aydınlıq gətirildi.

Keçidlər