Bu gün Mingəçevir şəhərinin ümumtəhsil məktəblərindədə “Son zəng” günü qeyd edildi.
Bu gün Mingəçevir şəhərinin ümumtəhsil məktəblərindədə “Son zəng” günü qeyd edildi. Bu məktəblərdən biri də Minəçevir Texniki Humanitar litseyidir. Məktəbin kollektivi ötən tədris ilini böyük nailiyyətlərlə başa vurduğundan son zəng tədbirinə alnı açıq gəlmişdi. Onbirincilərin və birincilərin sevinci daha çox diqqət cəlb edirdi. Tədbirdə liseyin direktoru Nailə Məmmədova çıxış edərək ötən tədris ilində əldə olunan uğurlardan bəhs etdi. Tədris ilini müvəffəqiyyətlə yola saldıqlarına görə müəllim və şagirdlərə, valideynlərə minnətdarlığını bildirdi.
Sonra söz məzunlara verildi. Musiqi sədaları altında xoş ifalar bir-birini əvəz etdi. On birincilər şənləndilər, arzu və istəklərini dilə gətirdilər.
Tədbirin sonunda səslənən son zəngin sədası isə ətrafa yayıldı. Bu səda çox qəlbləri riqqətə gətirdi.