Mingəçevir Turizm Kollecində “ 15 İyun-Milli Qurtuluş Günü –milli qurtuluşumuzun zəfər yürüşü” adlı konfrans keçirilib
15 iyun Milli Qurtuluş Günü Mingəçevir Turizm Kollecində silsilə tədbirlərlə bayram edilib. “Ölməz şəxsiyyət simvolu” mövzusunda dəyrimi masa ətrafı müzakirələr aparılıb, inşa, rəsm müsabiqələri təşkil olunub və ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinə həsr olunmuş kitab sərgisi keçirilib. Tədbirlər silsiləsinin ən maraqlı anlarından biri də elmi -nəzəri konfrans öncəsi baş tutan rəsm və əl işləri sərgisinin açılış mərasimi olub. İstedadlı tələbələrin əl işlərindən ibarət sərgidə biri birindən məzmunlu əsərlər nümayiş olunub. Eyni zamanda sərgi zalında milli qurtuluş mübarizəsindən bəhs edən video çarx nümayiş edilib.
Konfransa yekun vuran professor Əyyub Əyyubov əslində xalqın üç qat bayram sevinci içində olduğunu qeyd edib:
“Çox gözəl haldır ki, bu il Milli Qurtuluş Günü təntənələri İslam dünyası, o cümlədən xalqımız üçün əziz olan Ramazan bayramına təsadüf edib. Üstəlik doğma Azərbaycanımız nə zamandır ki, milli Cumhuriyyətimizin 100 illik yubiley təntənələrini qeyd edir. Necə deyərlər bayram bayrama qarışıb. Bir daha sizləri və bütün xalqımızı üç qat bayramlar münasibəti ilə təbrik edir və xalqımıza daha böyük naliyyətlər arzulayıram. Hesab edirəm ki, ulu öndər Heydər Əliyevin layiqli siyasi varisi prezident cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz və xalqımız hələ neçə siyasi zirvələri fəth edəcək, düşmən tapdağı altında olan yurd yerlərimiz ordumuzun zəfər yürüşü ilə işğaldan azad ediləcək.”