Mingəçevir Turizm Koleci tərəfdaş təhsil müsəssisə ilə birgə Rusiya Federasiyasında keçirilən beynəlxalq konfransa təşkilatçılıq edib
Mingəçevir Turizm Kolleci Sankt-Peterburq şəhərində beynəlxalq əməkdaşlıq əlaqələri çərçivəsində növbəti uğura imza atıb. Kollec tərəfdaşı olan Sankt-Peterburq Turizm və Otel Servisi Kolleci ilə birgə təşkilati missiyanı yerinə yetirərək “Peşəkar təhsil müəssisələrinin əmək bazarının tələblərinə uyğun inkişafı” mövzusunda beynəlxalq konfransın keçirilməsinə nail olub.
Rusiya, Italiya, Finlandiya və Azərbaycan təhsil müəssisələrinin iştirakı ilə baş tutan tədbirdə Sankt-Peterburq Təhsil Komitəsi rəsmiləri fəal iştirak edib. Qeyd edək ki, konfransın əsas məqsədi kadr hazırlığı ilə məşğul olan təhsil müəssisələrinin əmək bazarının tələblərinə müvafiq olaraq yeni inkişaf yollarının və mexanizminin müəyyən edilməsinə nail olmasını təmin etmək olub.