Çernoblçılar bir araya gəldilər
Aprelin 26-sı Çernobl hadisələrinin anım günüdür. Bu dəhşətli hadisədən 32 il keçir. Bununla əlaqədar olaraq Mingəçevir çernoblçıları bir araya gəldilər. Heydər Əliyevin abidəsi önündə gül dəstələri qoyulduqdan sonra çay süfrəsi ətrafında toplaşdırlar.
Toplantını şəhər Çernobl Əlilləri Cəmiyyətini sədri Ziyəddin Qocamanov açaraq çernobl hadisələri zamanı və ondan sonra vəfat edən yoldaşların xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif etdi. Sonra bildirdi ki, hazırda mingəçevirdə 174 nəfər çernobl əlili var. Dövlətimiz onların qayğısına qalır, problem və çətinliklərinin həllini öz dəstəyini göstərir. Lakin buna baxmayaraq çernoblçıların əlavə köməyə və yardımlara ehtiyacı var. Bu məsələ ilə əlaqədar sahə rəhbərlərindən həssaslıq və qayğı gözləyirik.
Toplantıda şəhər İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müavini, dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev iştirak edərək çıxış etdi.