Mingəçevir şəhər İcra Hakimiyyətində Birinci rübə yekun vuruldu
Aprelin 19-da Mingəçevir şəhər İcra Hakimiyyətinin müşavirə zalında 2018-ci ilin birinci rübündə Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının vəziyyəti və qarşıda duran vəzifələrdə" həsr olunmuş şura iclası keçirilmişdir. İclası şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov açaraq bildirdi ki, aprelin 11-də respublikada keçirilən Prezident seçkilərində mingəçevirlilər yaxından iştirak edərək öz seçimini etmiş və azərbaycanın gələcəyi naminə möhtərəm prezidentimiz İlham Əliyevə səs vermişdir. Bu böyük qələbə münasibətilə hamını təbrik edir və cənab prezidnetə yorulmaz fəaliyyətində uğurlar arzulayıram.
Bildiyimiz kimi aprel ayının 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Cənab Prezident iclasda etdiyi giriş nitqində bu ilin I rübündə dövlətimizin uğurla inkişaf etdiyini, qarşımızda duran bütün vəzifələrin artıqlaması ilə yerinə yetirildiyini və ölkəmizin gücləndiyini bildirdi.
Çıxışda I rübdə Azərbaycan iqtisadiyyatının 2,3 faiz, qeyri-neft sektorunun 3 faiz, kənd təsərrüfatının 4,2 faiz, xarici ticarət dövriyyəsinin 31 faiz artdığı, 34 min yeni iş yerlərinin yaradıldığı vurğulandı və sosial tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm işlərin görüldüyü qeyd edildi.
Bu günkü iclasın keçirilməsində əsas məqsəd Mingəçevir şəhərində 2018-ci ilin I rübündə görülmüş işlərə baxış keçirmək və qarşıda duran vəzifələri müəyyənləşdirməkdir.
İcra Hakimiyyətinin başçısı şuranın bu günkü iclasını açıq elan etdiksən sonra Gündəlikdə 1 məsələnin olduğunu söylədi:
“2018-ci ilin birinci rübündə Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının vəziyyəti və qarşıda duran vəzifələr”
Gündəlikdə duran məsələ haqqında məlumat vermək üçün söz İcra Hakimiyyəti başçısının I müavini İlham İsmayılova verildi.
Məruzə ətrafında müzakirələrdə şəhər Maliyyə idarəsinin rəisi Samir Məmmədov, Su-kanal idarəsinin rəisi Mustafa Kərimov, “Mərkəzi Aran”RETSİ-nin Mingəçevir Elektrik Şəbəkəsi üzrə rəis müavini Eldar İsgəndərov, Təhsil şöbəsinin müdiri Sahib Məmmədov çıxış etdilər.
Çıxışlarda rüb ərzində görülən işlərdən bəhs olundu və qarşıda duran vəzifələrə toxunuldu.
İclasa şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov yekun vuraraq dedi ki, Biz bu gün 2018-ci ilin I rübü ərzində şəhərimizdə görülən işlər, qarşıda duran vəzifələr barədə müzakirələr apardıq. Həm hesabatda, həmdə müzakirələrdə görülən işlərlə yanaşı problemlər, və nöqsanlar da qeyd edildi. Əlaqədar təşkilat rəhbərlərinin nəzərinə çatdırmaq istəyirəm ki, bu nöqsanlar və problemlər təcili şəkildə həll olunmalıdır.
Bilirsiniz ki, Nazirlər Kabinetinin iclasındakı yekun nitqində növbəti dövr üçün prioritetlərin dəyişməz olaraq qaldığını vurğulayan ölkəmizin başçısı, Azərbaycanda dayanıqlı uzunmüddətli inkişafın təmin edilməsi üçün bütün sahələrdə islahatların aparılacağını qeyd etdi.
Sənaye Parklarının yaradılmasının artıq gözəl nəticələr verdiyini deyən cənab Prezident, onların arasında Mingəçevir Yüngül Sənaye Parkını xüsusilə qeyd etdi və növbəti aylarda yeni müəssisələrin yaradılması ilə bağlı təklifləri gözlədiyini bildirdi. Cənab Prezident çıxışında Mingəçevirin ancaq sənaye və turizm şəhəri kimi inkişaf etməsi ilə bağlı çox önəmli addımların atıldığını qeyd etdi.
Dövlət başçısı yerlərdə yeni iş yerlərinin açılması, sahibkarlığın və turizmin inkişafı, infrastruktur layihələrinin icrası, özünüməşğulluq proqramının əhatəsinin genişlənməsi, strateji yol xəritələrinin icrasından irəli gələn vəzifələrin sürətləndirilməsi, investisiyaların cəlb edilməsi və sair kimi mühüm tapşıqırlar verdi.
Hesab edirəm ki, dövlət başçısının verdiyi bütün tövsiyə və tapşırıqlar hər birimizin, eləcə də sahibkarlıqla məşğul olan iş adamları qarşısında mühüm vəzifələr qoyur.
Əminəm ki, birlikdə qarşıda bizi gözləyən işlərin öhdəsindən layiqincə gələçəyik.
Bu yolda hamınıza uğurlar arzulayıram.
İclas müzakirə olunan məsələyə dair müvafiq qərar qəbul etdi.