Şriftin ölçüsü :

Saytın rəngi :

“31 Mart Azərbaycanlıların soyqırımı günü” münasibətilə Anım günü qeyd olundu

30 mart 2018 | 16:00

Martın 30-da Şəhidlər Xiyabanındakı soyqırım abidəsi önündə 31 mart Azərbaycanlılarının soyqırımı gününün 100 illiyinə həsr edilmiş anım tədbiri keçirildi. Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, mətbuat və kütləvi informasiya vasitələrinin məsul şəxsləri iştirak edirdilər.
Şəhidlərin ruhuna dua oxunduqdan sonra tədbiri şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov açaraq dedi: Bildiyiniz kimi 31 Mart bütün dünyada yaşayan  azərbaycanlılar tərəfindən kədər və hüznlə soyqırım qurbanlarının anım günü kimi qeyd edilir. Mənfur və xain ermənilər tərəfindən tarixin ayrı-ayrı mərhələlərində xalqımıza qarşı soyqırımı və deportasiya siyasəti yeridilmiş, nəticədə yüz minlərlə soydaşımız qətlə yetirilmişdir. Onların  əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif edirəm. -Allah rəhmət eləsin!
Məlumdur  ki, ermənilər tərəfindən  xalqımıza qarşı bu dəhşətli soyqırım və deportasiya siyasəti həyata keçirilsə də,  məqsədli şəkildə bu hadisələrin əsil mahiyyəti unutdurulub, yaddaşlardan sildirilib. Yalnız Ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra bu məsələlərin daha dərindən araşdırılması, öyrənilməsi və yaddaşlara əbədi həkk edilməsi üçün addımlar atılıb. 1998-ci ildə Ulu öndər tərəfindən imzalanan “Azərbaycanlıların soyqırımı haqqında” Fərman hesab edirəm ki, bu istiqamətdə ən ciddi və tarixi bir sənəddir. Məhz bu dövrdən başlayaraq hər il 31 Mart Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir və bununla bağlı müxtəlif tədbirlər keçirilir. Bu gün YAP şəhər təşkilatı və Mingəçevir şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbir də həmin faciəli hadisələrin bir daha xatırlanmasına, yaddaşlarda yaşanmasına xidmət edir.
Tədbirdə 1918-ci ilin mart qırğınları ermənilərin xalqımıza qarşı törətdiyi soyqırım cinayətlərinin tərkib hissəsidir mövzusunda Nizami Zeynalov, Dağlıq Qarabağ hadisələri ermənilərin azərbaycanlılara qarşı tarixən yürütdüyü soyqırım siyasətinin davamıdır mövzusunda Mingəçevir Dövlət Universiteninin dosenti  Mayıl İsmayılov,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu öndər Heydər Əliyevin başladığı mənfur ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının aktiv davamçısıdır mövzusunda 10 №-li tam orta məktəbin tarix müəllimi Yeganə Bədəlova çıxışlar etmişlər.
Sonda Şəhidlər Xiyabanındakı soyqırım abidəsinin önünə gül dəstələri qoyuldu.

Keçidlər