Gənclər və İdman naziri Azad Rəhimov Mingəçevirdə vətəndaşlarla görüşüb.
27 mart 2018 | 16:00
Gənclər və İdman naziri Azad Rəhimov Mingəçevirdə Yevlax, Ağsu, Göyçay, Ağdaş, Ucar, Mingəçevir, Zərdab, Tərtər, Bərdə, Kürdəmir şəhər və rayonlardan olan vətəndaşları qəbul edib. Qəbulda əsasən gənclər, idman sahəsi, idman qurğularının tikilməsi və təmiri, Uşaq Gənclər İdman Mərkəzinin bərpası, fəxri adların verilməsi və iş ilə bağlı təminat barədə müraciətlər olub. Müraciətlərin bir qismi yerində həll edilib, nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər qeydiyyata alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib. Qəbulda 20 nəfər vətəndaş iştirak edib.