Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir Turizm Kollecində 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olunub

07 mart 2018 | 16:00

Mingəçevir Turizm Kollecində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirilib. Pedaqoji heyətinin və tələbə kontingentinin əksəriyyəti gənc  mütəxəssis xanımlardan və tələbə qızlardan  ibarət olan kollektiv təbriklərin  ağuşunda və xoş anlar içində unudulmaz təəssüratlar yaşayıb.
Tədbirdə təbrik nitqi ilə  çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov  kollecin davamlı olaraq əldə etdiyi  uğurlarda qadın əməkdaşların və istedadlı tələbə qızların böyük əməyi olduğunu qeyd edib:
Bəli bu gün ölkəmizin  birinci vitse prezidenti Mehriban Əliyevanın timsalında biz dəyərli xanımlarımızın nələrə, hansı yüksək potensiala  qadir olduğunun şahidi oluruq. İnanıram ki, Azərbaycan qadının cəmiyyətdəki yeri və rolu gələcəkdə indikindən daha da  artıq olacaq. Bu yolda birinci vitse prezidentimiz Mehriban Əliyeva başda olmaqla bütün Azərbaycan xanımlarına  uğurlar arzulayıram.”
Daha sonra çıxış edən digər aparıcı mütəxəssislər qadın həmkarları ilə bağlı fikirlərini paylaşıb. Kollecin Tədris şöbəsinin müdiri Qəhrəman Kərimov,  İnsan resursları  şöbəsinin müdiri Tacəddin Əyyubov, təşkilatçı pedaqoq Əşrəf Əsgərov  və başqaları  qadınların fəaliyyətindən danışıb, naliyyətləri haqda məlumatları paylaşıb. Eyni zamanda həmkarlar təşkilatı xəttilə bundan sonra da qadın əməkdaşların sosial qayğılarının diqqət mərkəzində saxlanılacağı vurğulanılıb.
Öz növbəsində kollecin rəhbərliyində təmsil olunan qadın mütəxəssislər – Çinarə Abdullayeva, Aynurə Abbasova, Xanım Məmmədova, Şahzadə Şükürova və digərləri çıxış edərək kollektivin qadın əməkdaşlarına  göstərilən daimi diqqətə görə kollec rəhbərinin ünvanına ən xoş sözlərini çatdırıb.
Daha sonra  pedaqoji fəaliyyətdə və təhsildə fərqlənən bir qrup pedaqoq və tələbəyə bayram münasibətilə fəxri fərmanlar və hədiyyələr təqdim olunub.

 

 

 

 

 

Keçidlər