Şriftin ölçüsü :

Saytın rəngi :

8 mart Beynəlxalq Qadınlar Günü qeyd olundu.

07 mart 2018 | 16:00

8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Mingəçevirin ayrı-ayrı təşkilatlarını təmsil edən xanımları və onların timsalında bütün Azərbaycan qadınlarını təbrik edərək xoş arzularını çatdırmışdır. Qeyd olundu ki, ulu öndər Heydər Əliyev hər zaman qadınlara diqqət və qayğı göstərib. Bu gün ölkəmizin prezidenti İlham Əliyev də bu siyasəti davam etdirir, qadınlara olan qayğını əsirgəmir.
Şəhər rəhbəri qadınları yazın ilk bayramlarından olan 8 mart Beynəlxal Qadınlar Gününün özəlliyindən də danışdı və xanımlara xoşbəxtlik, səadət dolu ömür arzuladı. Ölkə prezidentinin sərəncamı ilə, "Tərəqqi" medalına layiq görülən YAP Mingəçevir şəhər təşkilatının qadınlar şurasının sədri Nurcamal Əsgərovaya medalı təqdim edərək dedi ki, arzu edirəm gələcəkdə bu cür təltifə  layiq görülən mingəçevirlilərin sırası genişlənsin. 
Sonda xanımlara gül hədiyyə verildi.

 

 

 

 

 

 

Keçidlər