Şriftin ölçüsü :

Saytın rəngi :

31 Mart - Azərbaycanlıların Soyqırım günü

31 mart 2013 | 16:00

31 Mart Azərbaycanlıların Soyqırım günü ilə bağlı Mingəçevirr şəhərində icra strukturlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə müəsissə və təşkilatlarn kollektivləri, təhsil, səhiyyə və mədəniyyət ocaqlarının nümayəndələri soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksinin önünə əklil və tər güllər düzüblər. Şəhid soydaşlarımızın xatirəsini ehtiramla yad ediblər. Ümumşəhər matəm mitinqində Mingəçevir şəhər Icra Hakimiyyətinin başçısı Niyazi Bayramov xalqımızın tarixən qarşılaşdığı çətinliklərdən faktlarla söz açıb. Erməni millətçilərinin zaman-zaman Aərbaycan torpaqlarında törətdikləri qanlı çinayətləri yada salıb. Bildirib ki, böyük ermənistan yaratmaq kimi sərsəm xülya ilə yaşayan daşnak tör-töküntüləri təkcə 1918- ci ilin mart qırğınları zamanı on minlərlə azərbaycanlını qəddarcasına qətlə yetiriblər. Kənd və şəhərlərinmizi viran qoyaraq tarixi abidələrimizi məhv ediblər. Təəssüf ki, sovet hakimiyyəti illərinndə də imperiya rəhbərlərini ələ almağa bacaran ermənilər məkirli siyasətlərini davam etdirərək soydaşlarımızı bir neçə dəfə deportasiyaya məruz qoyublar. 1988-ci ildə axırıncı azərbaycanlı da Ermənistan ərazisindən,öz dədə-baba torpaqlarından çıxarılıb. Yalnız ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində xalqımızın başına gətirilən soyqırımı hadisələri barədə həqiqətlər üzə çıxarılıb. Bu dəhşətli faciələrə hüquqi və siyasi qiymət verilib. Ümumşəhər anım mərasimində ictimayyətin nümayəndələri, Mingəçevirdə məskunlaşmış məcburi köçkünlər çıxış edərək erməni vandalizmini qətiyyətlə pisləyiblər. Azərbaycan həqiqətlərinin dünya ictimayyətinə daha dolğun çatdırılması üçün dövlətimizin və Heydər Əliyev Fondunun həyata keçirdiyi davamlı tədbirləri yüksək qiymətləndiriblər.

Keçidlər