Nur şəhəri bayramlar ərəfəsində
Azərbaycan Prezidenti İlham Əliyev cənablarının diqqət və qayğısı nəticəsində doğma yurdumuz inkişaf edir, çiçəklənir, iqtiadi və siyasi qüdrəti daha da güclənir. Nur şəhəri Mingəçevir də bu diqqət və qayğıdan lazımınca bəhrələnir, şəhərimiz gündən - günə abadlaşır və gözəlləşir. Mingəçevirin inkişaf etməsində Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin kollektivinin əməyi də danılmazdır. Kollektivimiz bütün respublika və şəhər tədbirlərinin hazırlanması və keçirilməsində özünün yaradıcı əməyini əsirgəmir və çox fəal iştirak edir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə şəhərin abadlaşdırılması və bəzədilməsində, küçə və ağacların al-əlvan isıqlandırılmasında kollektivimiz gecə-gündüz çox böyük fərəh və ruh yüksəkliyi ilə çalışaraq, nur şəhərini nura çevirdilər.