Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir Turizm Kollecində Azərbaycan musiqi sənətinin iki görkəmli siması olan Tofiq Quliyevin anadan olmasının 100, Fərhad Bədəlbəylinin isə 70 illik yubileyi münasibətilə konfrans keçirilib

20 dekabr 2017 | 16:00

Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimlərinin şərəfinə təşkil olunan yaradıcılıq gecələri və elmi -nəzəri konfransların keçirilməsi kollektivdə artıq bir ənənəyə çevrilib. Bu qəbildən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyət planına  uyğun olaraq baş tutan və  eyni vaxtda    Azərbaycan musiqi aləminin iki böyük simasının həyat və yaradıcılığına həsr olunmuş elmi-nəzəri konfrans  maraqlı və unudulmaz anlarla yadda qalıb. Söhbət  vaxtilə   Sovetlər İttifaqının Xalq artisti adına və ali dövlət mükafatlarına layiq görülmüş görkəmli  musiqi mütəxəssisləri- bəstəkar Tofiq Quliyevin və məhşur pianoçu Fərhad Bədəlbəylinin yaradıcılığına həsr olunmuş konfransdan  gedir.
Öncə konfrans iştirakçıları kollecin foyesində təşkil olunan və yaradıcı gənclərin əl işlərindən ibarət sərgiyə baxış keçirib. Qeyd etmək lazımdır ki,  sərgidə  konfrans öncəsi adları çəkilən musiqiçilərin şərəfinə elan olumuş rəsm və əl işləri musabiqəsinin ən layiqli seçmə nümunələri nümayiş olunub. Ardınca  sərgi  iştirakçıları monitor vasitəsilə Tofiq Quliyev və Fərhad Bədəlbəyli yaradıcılğından bəhs edən sənədli  filmi izləyib. Bundan sonra  hər iki ünlü musiqi dühasının həyat və yaradıcılığına həsr olunmuş konfrans öz işinə başlayıb.
Konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru,  iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov  Tofiq Quliyev və Fərhad Bədəlbəyli  yaradıcılığını Azərbaycan musiqi sənətinin qiymətli inciləri adlandırıb. Dəyərli elm adamı hər iki böyük sənətkarın keçdiyi ömür yolunu  öyrənən və öyrədən şərəfli yol kimi xarakterizə edib:
“Tofiq Quliyev  ismi bizə eyni anda bi çox  zəruri  informasiya  verir. Bəstəkar, drijor, təşkilatçı rəhbər, simfonik əsərlərin və kantataların müəllifi və təcrübəli pedaqoq. Görün nə  qədər istedadlı biridir bu görkəmli şəxs. O  eyni zamanda Azərbaycan caz və estrada musiqisinin banilərindən biri, çoxsaylı kino filmlərin musiqi parçalarının  əvəzolunmaz bəstəçisidir. Maraqlı faktlardan biri də odur ki, Tofiq Qliyevin istedadını ilk  hiss edib dəstək olanlardan biri böyük Üzeyir Hacıbəyov olub. Bu  Tofiq Quliyevin həyat və yaradıcılığında  dərin iz buraxb. O da eynən sələfi kimi istedadlı gənclərə sahib çıxıb, daim musiqi sənətini təbliğ edərək marifçilik işləri ilə məşğul olub.
Digər ünlü sənətkarımız Fərhad Bədəlbəyli haqqında da qürurla saatlarla danışmaq olar. Onun görkəmli rejissor Şəmsi Bədəlbəylinin ailəsində dünyaya göz açması heç şübhəsiz gələcək taleyinə təsirsiz ötüşüşməyib. Məşhur piyanoçu  klassik əsərlərin  çox güclü ifaçısı kimi Avropanın böyük səhnələrini fəth edib. Dəfələrlə beynəlxalq mükafatlara layiq görülüb. Almaniya, Portuqaliya, Danimarka, İtaliya və digər ölkələrdə Fərhad Bədəlbəyli hər zaman sevilən sənətkar kimi  xatırlanmaqdadır.
Biz xalqımızın belə görkəmli şəxsiyyətlərini  yaxşı tanımalı və daim təbliğ  etməliyik. Çünki  onların yaratdıqları musiqi inciləri bəşəri önəm daşıyır.”
Daha sonra professor Əyyub Əyyubov  konfrans öncəsi elan olunmuş rəsm   və  əl işləri musabiqəsi qaliblərinə Fəxri fərmanlar təqdim edib. Müsabiqənin yekunlarına əsasən tələbələrdən Toğrul Əliyev birinci, Dinarə İbrahimli ikinci, Aysun Ağayeva isə üçüncü yerə sahib olub.
Ardınca  Tofiq Quliyev və Fərhad Bədəlbəyli yaradıcılığından bəhs edən  videoçarx nümayiş olunub. Filmdə ulu öndər Heydər Əliyevin Tofiq Quliyevin yubiley gecəsində iştirakı və haqqında söylədiyi dəyərli fikirlər əksini tapıb.
Konfransda səslənən digər məruzələr də maraqla qarşılanıb. Pedaqoqlar  Vüsalə Zeynalova, Aygün Hümbətova, Ceyhun Abdullayev  və  Rövşanə Fərəcbəyli müvafiq olaraq  “Görkəmli bəstəkar Tofiq Quliyevin musiqi dünyasına səyahət”,  “SSRi xalq artisti Fərhad Bədəlbəylinin yaradıcılığı”, “Görkəmli bəstəkar Tofiq Quliyevin uğurları və aldığı fəxri adlar”, həmçinin  “Tofiq Quiyevin manılarının Azərbaycan qədər ömrü var” mövzularında məruzələrlə çıxış edib. Çıxışlarda  Tofiq Quliyev və Fərhad Bədəlbəyli yaradıcılığıına  daxil olan əsərlərdən ətraflı söhbət açılıb, hər iki görkəmli musiqi korifeyinin ünvanına xoş sözlər söylənib. Eyni zamanda prezident cənab İlham Əliyevin hər iki böyük sənətkarın timsalında sənətə və sənətkara böyük qiymət verdiyi xüsusi qeyd olunub.
Konfrans tələbə özfəaliyyət qrupu  tərəfindən  təqdim olunan ədəbi-bədii kompozisiyanın  və konsert proqramının nümayişi ilə davam  etdirilib. Proqramda dahi bəstəkar Tofiq Quliyevin əsərləri ifa olunub.

 

 

 

 

Keçidlər