Hərbi hissədə Novruz şənliyi
Mingəçevir şəhərində “N” saylı hərbi hissədə Novruz bayramı münasibətilə tədbir keçirilib. Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov təbrik nitqilə çıxış edərək hərbi hissənin zabit, gizir və əsgərlərini Novruz bayramı münasibətilə təbrik edib.
Tədbirdə çıxış edən digər natiqlər də Novruz bayramı münasibətilə əsgərlərə cansağlığı arzulayıb, onlara Vətənə sədaqətlə xidmət etməyi tövsiyə ediblər. Çıxış edənlər Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrə, xüsusi diqqət və qayğısından, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində gördüyü işlərdən danışıblar. Tədbirdə Prezident İlham Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ölkə əhalisinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində atdığı addımlardan da söz açılıb. Çıxışlar başa çatdıqdan sonra Mingəçevirin incəsənət nümayəndələri rəngarəng bayram proqramını nümayiş etdiriblər. Şəhərin tanınmış simalarının ifaları tədbir iştirakçıları tərəfinfən alqışla qarşılanıb. Əsgərlərlə bayram sovqatı və digər hədiyyələrlə görüşə gələn ictimaiyyət nümayəndələri onlarla rəqs edib, şənləniblər.