30 dekabr 2025-ci il tarixdə mingəçevirlilər həmrəy oldular.
30 dekabr 2025 | 15:24
Səhər saatlarında Heydər Əliyev Meydanında bəzədilmiş yolkanın ətrafına toplaşan şəhər əhli bayramlaşdı. Şəhıər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə keçirilən bayram şənliyində İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və aparatın əməkdaşları, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri, gənclər, uşaqlar iştirak ediblər. Tədbirdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbriklər dilə gətirilib. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən bu günün əhəmiyyəti, beş il bundan əvvəl məhz bu birliyin, həmrəyliyin bəhrəsi olan Zəfər Gününün qazanılması, Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əldə olunan nailiyyətlər bu gözəl əhval ruhiyyəyə imkan yaradıb. Musiqiçilərin, yeni il atributları-Şaxta baba, Qar qızın, personajların çlxışları xoş əhval ruhiyyə bəxş edib.