Mingəçevir Turizm Kollecində “Heydər Əliyevin həyat və fəaliyyəti tükənməz xəzinədir” adlı konfrans keçirilib
Mingəçevir Turizm Kollecində müasir Azərbaycan dövlətçiliyinin memarı ulu öndər Heydər Əliyevin vəfatının növbəti ildönümü anılıb. Silsilə tədbirlərlə yadda qalan xatirə anları pedaqoq və tələbələrin vətənpərvər duyğularının daha da güclənməsinə zəmin yaradıb. Dəyrimi masa ətrafı müzakirələr, fənn birliklərində keçirilən diskussiyalar, tələbələr arasında baş tutan inşa, əl işləri müsabiqələri, bilik yarışı və müxtəlif idman turnirləri dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətinin təbliği baxımından xüsusi rol oynayıb. Qeyd edək ki, ən yaxşı rəsm və əl işləri, həmçinin xüsusi divar qəzetləri nümunələri anım günü öncəsindən etibarən kollecin foyesində və xatirə sərgisində nümayiş olunmağa başlanılıb. Nəhayət kollektiv tədbirlərin zirvə nöqtəsi olan elmi-nəzəri konfransda bir araya gəlib. Amma bundan öncə konfrans iştirakçıları istedadlı tələbələrin əl işlərindən ibarət olan və ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş sərgiyə baxış keçirib. Ardınca elə sərgi zalındaca moniter vasitəsilə dahi liderin şərəfli ömür yolundan bəhs edən sənədli film nümayiş olunub.
“Heydər Əliyevin həyat və fəaliyyəti tükənməz xəzinədir” adlı elmi- nəzəri konfrans da maraqlı müzakirələrə yol açıb.Tədbirdə çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professsor Əyyub Əyyubov ümummilli lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif edib. Daha sonra çıxışına davam edən ünlü elm adamı ulu öndər Heydər Əliev ömrünün şərəfli və nurlu səhifələrini varaqlayıb. Onun həm ölkənin çətin günlərində ortaya qoyduğu fədakarlıqdan, həm də bəşəri dəyərlərin möhkəmləndirilməsi və qorunması istiqamətində atdığı uğurlu addımlardan danışıb:
“Bu gün varaqladıqca Heydər Əliyev səlnaməsində necə böyük və möhtəşəm xidmətlərin yer aldığını açıqca görmək mümkündür. Onun xidmətləri təkcə milliliyi ilə seçilmir. Həmin xidmətlər bəşəri xarakter daşıyır. Bu səbəbdən də böyük öndərimiz bəşəri və dünyavi siyasi liderdir. Onun haqqında danışmaq həm asan, həm də çətindir. Asandır o səbəbdən ki, həyata keçirdiyi və memarı olduğu işlər hüdud tanımır. Çətindir o səbəbə görə ki, heç də hər şəxs bu dahi şəxsiyyətin siyasi fəaliyyətini yetərincə təhlil edib təqdim etmək gücündə deyil. Böyük öndərimiz Heydər Əliyev yolu hər kəsin qibtə edə biləcəyi böyük bir məktəb, bizə miras qalan siyasi irsi isə zəngin tükənməz xəzinədir. Biz pedaqoqlar daim bu irsi öyrənməli və gənc nəslə daha mükəmməl şəkildə öyrətməyə çalışmalıyıq.”
Daha sonra dahi liderin ömür yoluna həsr edilmiş videoçarxa baxış keçirilib. Ardınca konfransın digər məzmunlu məruzələri dinlənilib.
Pedaqoqlar Səbirə Hüseynova, Şəms Məmmədova və tələbə Əsmər Qurbanova müvafiq olaraq “Azərbaycanın özü qədər əbədi lideri”, ”Ulu öndər Heydər Əliyevin mənalı ömür yolu” və “Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır” mövzularında məruzələrlə çıxış edib. Çıxışlarda böyük öndərin xalq və dövlətçilik naminə ortaya qoyduğu fədakarlıq nümunələri sadalanıb.
Çıxışlar başa çatdıqdan sonra ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş müsabiqə və turnirlərin qaliblərinə kollec rəhbərliyi tərəfindən fəxri fərmanlar təqdim olunub.
Konfrans tələbə özfəaliyyət qrupu fəalları tərəfindən nümayiş olunan ədəbi-bədii kompozisiyanın nümayişi ilə davam etdirilib. Lider şəxsiyyətin ömür yolu poetik şəkildə və musiqi notları ilə ifadə olunub.
Konfransa yekun vuran professor Əyyub Əyyubov hər kəsi bundan sonra da Heydər Əliyev ideyaları ətrafında sıx birləşməyə çağırıb:
“Cənab prezidentimizin siyasi kursu Heydər Əliyev irsinə ən layiqli sədaqət nümunəsidir. Bu siyəasətə bağlılığımız gələcək daha böyük nailiyyətlərimizin qarantıdır.”