Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətində Almaniyanın səfiri ilə görüş keçirildi.

05 dekabr 2017 | 16:00

     Dekabrın 5-də Mingəçevir şəhər İcra Hakimiyyətində Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrabla görüş keçirilmişdir. Görüşü Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov açaraq səfiri və qonaqları salamlayaraq, şəhərimiz haqqında onlara ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, 100 mindən artıq əhalisi olan şəhərdə 20 mindən artıq qaçqın və məcburi köçkün məskunlaşmışdır. Bu gün Mingəçevir Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə daha yüksək inkişaf tempi götürmüş və şəhərdə insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir. Keçmiş sovetlər dönəmində əsasən sənaye müəssisələri kimi tanınan Mingəçevir bu gün turizmin və mədəni tədbirlərin həyata keçirilməsi mərkəzinə çevrilmişdir. Cənab prezidentin diqqət və qayğısı nəticəsində Mingəçevirdə böyük sənaye parkının və "Asan həyat" Mərkəzinin tikintiləri artıq başa çatmaq üzrədir. Böyük işçi qüvvəsinə malik bu müəssisələr şəhərimizin yüksəlişində öz müsbət rolunu oynayacaq.
     Sonra qonaqlar şəhər İcra Hakimiyyəti başçısının, məsul şəxslərinin və Kütləvi İnformasiya Vasitələri nümayəndələrinin iştirakı ilə şəhərin Tarix muzeyində, Alman qəbristanlığının yerləşdiyi ərazidə, Mingəçevir SES silsiləsində, Mingəçevir Sənaye Parkında, "Kür" Olimpiya Tədris İdman Mərkəzində oldular. Hər yerdə qonaqları mehribanlıq və xoş təəssüratla qarşıladılar.  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər