Qazax rayonunda hərbi hissədə görüş
Bahar bayramı münasibəti ilə Mingəçevir şəhər icra hakimiyyətinin təşəbbüsü ilə ictimaiyyət nümayəndələri, əsgər valideyinləri cəbhə bölgəsindəki “N” saylı hərbi hissənin qonağı olublar. Energetiklər şəhərindən 23 gəncin də xidmət keçdiyi hərbi hissənin şəxsi heyətini Novruz bayramı münasibəti ilə təbrik edən Mingəçevir şəhər icra hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov ordu quruculuğu sahəsində əldə olunan uğurlardan danışıb. Bildirib ki, günü-gündən qüdrətlənən silahlı qüvvələrimiz torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Mingəçevirli ağsaqqallar, şəhid ailələri, əsgər və zabitlərimizə göstərilən dövlət qayğısından minnətdarlıqla söz açıblar. Şəxsi ambisiyalarını ümumxalq mənafeyindən üstün tutan, milli ordumuzun şərəfini ləkələməyə can atan məhdud antimilli qüvvələrin əməllərini pisləyiblər. Ölkəmizin ərazi bütövlüyünün tezliklə bərpa ediləcəyinə inam hissi ifadə olunub.
Valideyinlər Etibar Heydərov, Hüseynova Reyhan, Cəbiyev Füzuli hərbi xidmətdə olan övladlarından narahatçılığımız yoxdur dedilər. Bu tədbiri onlara təşkil etdiyi üçün şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova öz təşəkkürlərini bildirdilər.
Mingəçevir Mədəniyyət və Turizm şöbəsinin musiqi kollektivi əsgərlər qarşısında konsert proqramı ilə çıxış ediblər. Hərbiçilər, valideyinlər və ictimayyət nümayəndələri çatılan Novruz tonqalı ətrafında yallı gediblər. Əsgərlərə bayram xonçaları təqdim olunub. Sonda hərbi hissədə yaradılan şəraitlə tanışlıq olub. Qonaqlar əsgər yataqxanası və yeməkxanasına baxıblar.