Mingəçevirli Rövşən Xəlilov Moskva şəhərində keçirilən XXXIV “Poverlifting” üzrə Dünya Çempionatında 75 kq çəki dərəcəsində 1-ci yerə layiq görülərək Dünya Çempionu oldu
17 noyabr 2017 | 16:00
1-5 noyabr 2017-ci il tarixdə Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən XXXIV “Poverlifting” üzrə Dünya Çempionatında həmyerlimiz, Mingəçevir şəhərinin kişi atleti 1990 təvəllüdlü Xəlilov Rövşən Məqsəd oğlu 75 kq çəki dərəcəsində 1-ci yerə layiq görülərək Dünya Çempionu adına layiq görülmüş və ölkəmizin bayrağını Rusiyada dalağalandırmışdır. Dəfələrlə Ölkə, 2 qat Avropa, 2 qat Dünya çempionu olan Rövşən Xəlilov 75 kq çəki üzrə 275 kq ağırlığı yerdən qaldırmada, eləcə də, Squat, Benchpress, Deadlift hərəkətlərinin cəmində 650 kq nəticə ilə Azərbaycan rekordçusu olmuşdur.
.png)

.png)



.jpg)












