Mingəçevir Gənclər Evində “Dama” stolüstü oyunu üzrə yarış keçirilib.
“Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsi "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə gənclər arasında “Dama” stolüstü oyunu üzrə yarış keçirib.
Yarışda ali və orta-ixtisas təhsili müəssisələrində təhsil alan tələbə gənclər iştirak edib. Gərgin keçən oyunların nəticəsinə uyğun olaraq qaliblər müəyyənləşib.
1. Ağayev Vüqar
2. İsmayılov Rəsul
3. Əhmədov Nurlan
4. Əliyeva Ayşən
Yarımfinal mərhələsində isə Vüqar Ağayev və Rəsul İsmayılov finala vəsiqə qazanıb.
Finalda isə daha güclü oyun göstərən Vüqar yarışın qalibi olub.
Üçüncü yer uğrunda mübarizədə isə Əhmədov Nurlan Mİngəçevir Dövlət Universitetinin tələbəsi Əliyeva Ayşəni üstələyib.
Yarışlarda ilk üç yeri tutan gənclər “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsi tərəfindən sertifikat və dəyərli hədiyyələrlə təltif edilib.