Mingəçevirdə Xocalı faciəsinin qurbanları anılıb
Mingəçevir ictimaiyyəti və mingəçevirlilər Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı Soyqırım abidəsinin önünə gül dəstələri düzüb faciə qurbanlarını yad ediblər. Daha sonra şəhər İcra Hakimiyyətində icra başçısı cənab Niyazi Bayramov Mingəçevirdə məskunlaşmış Xocalı sakinləri ilə görüşüb. Faciə ilə bağlı Niyazi Bayramov çıxış edərək bildirib ki, son illərdə Aərbaycan höküməti bu qanlı tarixi hadisənin dünya miqyasında tanınması və obyektiv qiymət alması istiqamətində ardıcıl tədbirlər həyata keçirməkdədir. Artıq bi istiqamətdə müəyyən nəticələr görünməkdədir. Xocalı soyqırımını bütün dünya tanıyacaq və Xocalıya ədalət veriləcək. Tədbirdə Mingəçevirdə məskunlaşmış Xocalı sakinləri də çıxış edərək öz yurd yuvalarına qayıdacaqları günü səbirsizliklə gözlədiklərini bildiriblər. Tədbirin sonunda şəhər İcra Hakimiyyəti tərəfindən xocalılara ərzaq bağlaması verilib.