Əfqanıstan veteranları ilə görüş
Mingəçevir şəhər Icra Hakimiyyətinin başçısı Niyazi Bayramov 15 fevral Sovet Qoşunlarının Əfqanıstandan çıxarıldığı tarixi gün münasibəti ilə Əfqanıstan Veteranları İttifaqı Mingəçevir şəhər şöbəsinin üzvlərini qəbul edib. Görüşdə Əfqanıstanda gedən döyüşlərdə iştirak edən və həlak olan mingəçevirlil döyüşçülərin keçdikləri döyüş yolundan bəhs edilib. Öncə Əfqanıstan Veteranları İttifaqının Mingəçevir şöbəsinin sədri Elşən İbrahimli çıxış edərək ölkə rəhbərliyinin veteranlara diqqət və qayğısından söz açıb. Buna görə dövlət başçısına dərin minnətdarlığını bildirib və qeyd edib ki, Əfqanıstan Veteranlar İctimai Birliyi yarandığı gündən gənclərdə hərbi vətənpərvərlik ruhunun aşılanması üçün hərbi hissələrə gedərək məktəblərdə şagirdlərə hərbi vətənpərvərlik mövzularında söhbətlər aparılıb. Tədbirdə digər veteranlar da iştirak edərək bu tarixi günü həm keçmiş sovet respublikalarında, həm də Əfqanıstanda qeyd olunduğunu vurğulayıblar. Əfqanıstan müharibəsində isə 10 mindən çoz azərbaycanlının iştirak etdiyini bildirən natiqlər onların 208-inin müharibədə həlak olduğunu, 7 nəfərinin isə itkin düşdüyünü söyləyiblər. Mingəçevirdə 136 Əfqanstan veteranı var onlardan 8 əlil, 3-isə Qarabağ döyüşlərində şəhid olub. Tədbirdə çıxış edən icra başçısı Niyazi Bayramov Əfqanıstan veteranlarının gənclər üçün bir örnək olduğunu bildirmişdir.