Şriftin ölçüsü :

Saytın rəngi :

26 iyul 2023-cü il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı yanında Şuranın növbəti iclası keçirildi. Birinci yarımiliyə yekun vuruldu

27 iyul 2023 | 10:37

İyulun 26-da Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı yanında Şuranın növbəti iclası keçirilib. İclası Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açaraq bildirib ki, Şuranın bu günkü iclasının gündəliyində “2023-cü ilin 6 ayında Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının vəziyyəti və ilin ikinci yarısında qarşıda duran vəzifələr” barədə məsələ durur. Məsələnin müzakirəsinə şəhərin idarə, müəssisə, təşkilat rəhbərləri ilə yanaşı hüquq mühafizə orqnlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və mətbuat işiləri dəvət olunmuşlar. Gündəlikdə duran məsələ haqqında məlumatla başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Fərid Məmmədov çıxış etdi. Məruzədə ötən yarım il ərzində şəhərdə görülən işlər ətraflı təhlil olunaraq iştirakçılara təqdim edildi. Məruzə ətrafında müzakirələrdə Maliyyə şöbəsinin müdiri Sultan Əsədov, Mərkəzi Aran Regional Məşğulluq filialının Mingəçevir Xidmət şöbəsinin baş mütəxəssisi Elməddin Səmədov, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Yevlax Regional idarəsinin müdiri İlham İlyasov, Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin rəisi Əli Ağamirov, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin sektor müdiri Arzuman Ələsgərov çıxış edərək görülən işlərə münasibətlərini bildirmiş, rəhbərlik etdikləri sahələrdə həyata keçirilən tədbirlər haqqında məlumat vermişlər. Müzakirələr iştirakçıların sorğu sualları və onlara verilən cavablarla davam etmişdir. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov müzakirələr zamanı konkret fikirlər səsləndirməklə qaldırılan hər bir məsələyə aydınlıq gətirərək əlaqədar sahə rəhbərlərinə tapşırıqlarını vermiş, növbəti yarımillik ərzində şəhərimizdə daha böyük abadlıq-quruculiuq işlərinin aparılacağını diqqətə çatdırmışdır. Əminliklə vurğulamışdır ki, qarşıya qoyulan vəzifələr uğurla yerinə yetiriləcək, ölkə Prezidentinin tapşırıq və tövsiyyələrinə uyğun olaraq yeni-yeni nailiyyətlərə sahib olunacaqdır. İclasın sonunda Şura üzvləri müzakirə olunan məsələ haqqında qərar layihəsi qəbul etmişdir.

Keçidlər