Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir Turizm Kollecində “ Azərbaycanda sağlamlıq-rekreasiya turizminin inkişaf istiqamətləri və mövcud imkanlar” mövzusunda regional konfrans keçirilib

26 oktyabr 2017 | 16:00

     Konfransda Mingəçevir şəhər İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyi, Turizm və Menement Universiteti, Qəbələ və Mingəçevir  Turizm İnformasiya Mərkəziləri, Mingəçevir, Qəbələ və Naftalanın   turizm, sanatoriya-kurort komplekslərinin nümayəndələri, təcrübəli pedaqoq mütəxəssislər  və çox sayda KİV təmsilsiləri  iştirak edib.
   Öncə konfrans iştirakçıları Azərbaycan turizminin özəlliklərindən bəhs edən tələbələrin əl işlərindən ibarət sərgiyə baxış keçirib. Ardınca konfrans zalında bir araya gələn iştirakçılara Azərbaycanda  sağlamlıq-rekreasiya turizminə həsr olunmuş video-çarx nümayiş olunub. 
Konfransda çıxış edən  Mingəçevir Turizm  Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov  Azərbaycanda turizmin inkişaf yolundan  danışaraq   artıq yeni bir mərhələyə qədəm qoyulduğunu  qeyd edib. O, ölkədə, xüsusilə  də Mingəçevirin də daxil olduğu coğrafiyada  mövcud  sağlamlıq rekreasiya turizmini  daha da müasirləşdirmək, yeni infrastrukturlar  yaratmaqla  sağlamlıq turizmini inkişaf etdirməyin mümkün və zəruri olduğunu bildirib: “Indiyədək  qəbul edilmiş” Azərbaycanda  turizm və rekreasiya zonaları haqqında Nümunəvi Əsasnamə”,”2009-2018-ci illər ərzində Azərbaycanda kurortların inkişafı üzrə Dövlət Proqramı”, “Turizmin inkişafına Dair  Strateji Yol Xəritəsi” və digər hüquqi sənədlər  Azərbaycan turizminin inkişafına dövlət  və dövlət başçısı səviyyəsində ayrılan diqqətdən xəbər verir. Turizm   və rekreasiya zonaları dedikdə insanların istirahətini, sağlamlığını, əyləncəsini təmin edən, müvafiq turizm infrastrukturlarına malik təbiət və mədəniyyət infrastrukturları nəzərdə tutulur..".
     Daha sonra konfransın digər  rəsmi dəvətliləri—Mədəniyyət  və Turizm Nazirliyinin  Elm-Təhsil  və Gənclərlə iş şöbəsinin əməkdaşı Cavid Əliyev,  Mingəçevir  şəhər İcra Hakimiyyətinin  şöbə müdiri Sahib Əliyev, Turizm və  Menecment Universitetinin prorektoru Eldar Aslanov və Qəbələ Turizm İnformasiya Mərkəzinin direktoru Anar Məhərrəmov  təbrik nitqi ilə çıxış edərək konfransın və müzakirə olunan mövzuların  xüsusi önəm daşıdığını qeyd edib.
     Bundan sonra konfransda digər məzmunlu məruzələr dinlənib. Kollecin “Turizm və Otelçilik “ şöbəsinin müdiri Aynurə Abbasova, Mingəçevir Turizm İnformasiya Mərkəzinin direktoru Tural Kərimov, Naftalanın “Çinar Oteli”nin xidmət şöbəsinin rəisi Taner Yılmaz, “Ağsaray” Deluxe Otelinin  meneceri  Alpərən Tirt, “İstək” liseinin layihə rəhbəri Fəqan Əhmədov, Kür Olipiya İdman Tədris Mərkəzinin  nümayəndələri  Azər Hüseynov və Babək İsakov, Mingəçevir Turizm Kollecinin gənc mütəxəssisləri  Elşad Səmədov, İqbal Xudiyev, Vüqar Nağıyev  və Gülnar Qurbanova  çıxış edərək maraqlı fikirlər səsləndirib. “Azərbaycanın rekreasiya –turizm ehtiyatları”, “Turizm ehtiyatlarının  soial-iqtisadi  mahiyyəti”, “Azərbaycanının sanatoriya, kurort müəssisələri”, “Azərbaycanın Milli Parkları və onlardan turizm  məqsədilə istifadə imkanları”, ”Rekreasiya-turizm rayonlaşdırılması” və digər  mövzularda səslənən məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb və fəal müzakirələrə zəmin yaradıb.
       Konfransın sonunda tələbə özfəaliyyət qrupu tərəfindən ədəbi-bədii kompozisiya nümayiş olunub.

 

 

 

 

 

 

Keçidlər