Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir Dövlət Dram Teatrında "Nənələr ərə gedir" tamaşasının premyerası oldu.

24 oktyabr 2017 | 16:00

       Başqırd dramaturqu Florid Minumulloviç Bulyakovun “Nənələr ərə gedir” pyesi əsasında yazıçı dramaturq, publisist Pərvinin işlədiyi eyni adlı pyesi Mingəçevir Dövlət Dram Teatrında səhnələşdirildi. Əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanovun quruluş verdiyi "Nənələr ərə gedir" şou komediya tamaşasının premyerası  24 oktyabr 2017-ci il tarixində həyata keçdi. Vahid bir süjet ətrafında Azərbaycan məişətinə uyğun yazılmış bu əsərdə tənha qadınların qaldığı sanatoriyaya istilik sobasını düzəltmək üçün bir kişi gəlir. Onun varlığı qoca qadınları öz gəncliklərinə qaytarır və keçmişi xatırladır, onlarda sevgi hisslərini oyadır. Tənhalığa son qoymaq istəyən qocalar həyatların dəyişməyə çalışır. Qeyri-adi üslublu pyesdə əməkdar artistlər Şıxı Yaqubov,  Ella Yaqubova, peşəkar aktrisalar Afət Əliyeva, Elmira İbrahimova, Rühəngiz Abdullayeva, Aytən Allahverdiyevanın çıxışlarını tamaşaçılar ayaqüstə alqışladılar. Tamaşanın quruluşçu rəssamı Kəmalə Əsgərova, musiqi tərtibatçısı Elnur Rəsulovdur. Rejissor köməkçisi isə Xəyalə Qəmbərovadır. 

 

 

 

 

Keçidlər