Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir Turizm Kollecində xalq rəssamı, heykəltaraş Tokay Məmmədovun 90 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

20 oktyabr 2017 | 16:00

         Mingəçevir Turizm Kollecində xalq rəssamı, heykəltaraş Tokay Məmmədovun 90 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.  Öncə konfrans iştirakçıları kollecin foyesində  görkəmli rəssam və heykəltaraş Tokay Məmmədovun əsərlərindən ibarət  sərginin açılış mərasiminə qatılıb. Burada sərgi bələdçiləri Azərbaycan incəsənətinin incilərini yaratmağa müvaffəq olmuş Tokay Məmmədovun yaradıcılığı haqqında ətraflı məlumatlar verərək sərgilənən əsərləri iştirakçılara təqdim edib. Bundan sonra monitor vasitəsilə  yubliyarın əsərləri nümayiş olunub. Ardınca tələbə gənclərin əl işlərindən ibarət bir başqa sərgiyə baxış keçirilib. Kollecin direktoru professor Əyyub Əyyubov nümayiş olunan əsərləri uğurlu olaraq dəyərləndirərək gənclərin məhz Tokay Məmmədov kimi görkəmli şəxslərin  yaradıcılığından təsirlənərək ilham aldığını   və yaradıcı sənətə  böyük maraq göstərdiyini qeyd edib.
         Daha sonra geniş tərkibli konfransda  da analoji fikirlərini davam etdirən iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov Tokay Məmmədov yaradıcılığını ənənələri olan  dəyərli bir məktəblə müqayisə edib. Əyyub Əyyubov dövlət səviyyəsində xalq rəssamına göstərilən  etimadın yüksək qiymətləndirildiyini bildirib: “Vaxtilə ulu öndər tərəfindən dəfələrlə ən yüksək adlara laqyiq görülmüş Tokay Məmmədov  prezident cənab İlham Əliyevin də daim diqqət mərkəzində saxlanılmışdır. Xalq rəssamı, Şöhrət, Şərəf ordenləri və digər ali dövlət mükafatları Tokay İbrahimov yaradıcılığını daha da şərəfləndirib. Oktyabr ayının ilk günlərində Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə  xalq rəssamının 90 illik yubiley təntənələrinin keçirilməsi də mədəniyyətə, incəsəntə və ümümən bu sahənin inkişafına  məsul olan şəxslərin əməyinə verilən yüksək qiymət kimi qəbul edilir. Biz inanınırıq ki, Tokay Məmmədov məktəbinin yetirmələri bu nailiyyətləri daha  böyük uğurla  sabahlara daşımağa müvəffəq olacaq”.
          Bundan sonra Tokay Məmmədovun ömür və yaradıcılığından bəhs edən filmə baxış keçirilib. Filmdə   müəllifin  portret və monumental əsərləri bütün  gözəllikləri ilə təqdim olunub.
          Daha sonrra  konfransda digər məruzələr dinlənilib. Bədii kütləvi yaradıcılıq mərkəzinin məsləhətçisi Əşrəf Əsgərov, pedaqoqlar Kifayət  Əliyeva,  Bəsti Qurbanova və başqaları məzmunlu çıxışları ilə Tokay Məmmədov yaradıcılığına işıq salıb. Qeyd olunub ki, Azərbaycan və Rusiya  ali yaradıcılıq məktəblərində təhsil almış, bu sahədəki potensialından pedaqoji sahədə uğurla istifadə etmiş, xalq rəssamının ortaya qoyduğu Nizami Gəncəvi, Nəsimi, Məhəmməd Fizuli, Üzeyir Hacıbəyov və digər istər rəssamlıq, istərsə də monumental heykəltaraşlıq nümunələri Azərbaycan incəsənətinin xəzinələri arasında yer almaqdadır. Müəllifin fərdi yaradıcılığı ilə yanaşı, digər görkəmli şəxslərlə ərsəyə gətirdiyi hər bir əsər əsl tarixi nümunədir.
        Dahs sonra konfrans tələbə özfəaliyyət qrupu fəallarının maraqlı  kompozisiyası ilə davam etdirilib. Kompozisiyada yubliyarın ömür yolu və yaradıcılığı bədii  proqramda da öz əksini tapıb.

 

 

 

 

Keçidlər