Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələri və qarabağ müharibəsinin əlilləri ilə görüş

03 fevral 2013 | 16:00

Mingəçevir şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ilə görüş keçirib. Gorüşün keçirilməsində əsas məqsəd bu insanları narahat edən problemlərə aydınlıq gətirmək olub. İlk öncə çıxış edən Şəhid ailələri müdafiə cəmiyyətinin sədri şəhid anası İranə Həsənova şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan söz açıb. Qarabağ əlilləri müharibəsi veteranları və şəhid ailələri ictimai birliyin şəhər şöbəsinin sədri Nizami Təhməzov bir neçə təkliflə çıxış edərək bildirib ki, şəhərimizdə ildə bir dəfə müharibə əlilləri və şəhid ailələri üçün həkim müayinəsi təşkil edilsin. Əlillər üçün şəhərdə xüsusi keçidlər düzəldilsin. Daha sonra söz alan şəhid ailələri və müharibə veteranları çıxış edərək mövcud problemlərini dilə gətiriblər. Eyni zaman da şəhərdə aparılan quruculuq-abadlıq işlərinə də öz münasibətlərini bildiriblər. Bütün təklifləri dinləyən icra başçısı bildirib ki, problemlərə aydınlıq gətiriləcək və mütamadi olaraq bu kateqoriyalardan olan insanlarla görüş keçiriləcək.

Keçidlər