Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir Turizm Kollecində “Müstəqilliyimiz daimidir, dönməzdir və əbədidir” mövzusunda konfrans keçirilib

18 oktyabr 2017 | 16:00


          Azərbaycan Respublikasının Dövlət Mütəqilliyi Günü Mingəçevir Turizm Kollecində silsilə tədbirlərlə bayram edilib. Dəyrimi masalar, inşa, rəsm müsabiqələri və idman  yarışları təşkil olunaraq pedaqoq və tələbələrin vətənpərvər duyğularının gücləndirilməsinə xidmət edən addımlar atılıb. Bayram münasibəti ilə təşkil olunan tədbirlər tələbələrin rəsm və əl işlərindən ibarət  sərgiyə baxışla davam etdirilib. Ardınca kollektiv tədbirlərin zirvə nöqtəsi olan elmi –nəzəri konfransda  bir araya gəlib. Konfrans kollec rəhbərliyinin təklifi ilə Azərbaycan Respublikasının Dövlət  Himninin canlı ifası ilə öz işinə başlayıb. Tədbir boyu Azərbaycan xalqının ta qədimdən müasir dönəmlərədək  apardığı azadlıq mübarizəsi barədə müzakirələr aprılaraq maraqlı tarixi faktlar açıqlanıb.
        “Müstəqilliyimiz daimidir, dönməzdir və əbədidir”  adlı  konfransı  açıq elan edən  kollecin direktoru iqtisad elmləri doktoru, professoru Əyyub Əyyubov  müasir Azərbaycan dövlətçiliyinin yaranma mərhələləri və tarixi barədə söhbət açaraq  xoşbəxt xalq olduğumuzu bildirib:  “Azadlıq hər bir xalqın  müqəddəs diləyi olsa da  hər bir xalqa nəsib olan nemət deyil. Xoşbəxtik ki, biz azad, müstəqil  dövləti olan bir xalqıq. Bu azdlığızı əbədi olaraq   qorumağı özümüzə şərəf işi bilməliyik. Necə ki, dövlətçiliyimizin memarı ulu öndər Heydər Əliyev bu missiyanı  davam etdirməyi bizə əmanət etmişdi.”
      Daha sonra kofransda digər məruzələr dinlənilib .Pedaqoqlar Ceyhun Abdullayev, Aybəniz Əliyeva və Eldar Dərişov müvafiq olaraq  “18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür”, “Müstəqillik dövründə Azərbaycan ədəbiyyatı” və “ Azərbaycan Republikası müstəqillik illərində şərəfli dövlətçilik yolu keçmişdir” mövzularında  çıxış edib. Səslənən fikirlərdə  prezident cənab İlham Əliyevin siyasi kursuna olan  dərin inam hissi öz əksini tapıb.
      Konfrans həm də  müxtəlif müsabiqə qaliblərinin kollec rəhbərliyi tərəfindən mükafatlandırılması ilə əlamətdar olub.
      Tədbir tələbə özfəaliyyət qrupu tərəfindən təqdim edilən ədəbi-bədii kompozisiyanın nümayişi ilə davam etdirilib.

 

 

 

 

 

 

Keçidlər