Şriftin ölçüsü :

Saytın rəngi :

18 oktyabr - Dövlət Müstəqilliyi günü ilə bağlı YAP Mingəçevir şəhər təşkilatının qərargahında yığıncaq keçirmişdir.

18 oktyabr 2017 | 16:00

         18 oktyabr 2017-ci il tarixdə YAP Mingəçevir şəhər təşkilatı Mingəçevir şəhər İcra Hakimiyyəti ilə birlikdə 18 oktyabr - Dövlət Müstəqilliyi günü ilə bağlı YAP Mingəçevir şəhər təşkilatının qərargahında yığıncaq keçirmişdir.
         Yığıncağı giriş sözü ilə açan YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov çıxış edərək, Azərbaycanın müstəqillik qazanmasında, inkişaf etməsində Ulu Öndər Heydər Əliyevin əvəzsiz rolundan danışaraq bildirdi ki, hər bir inkişafın, tərəqqinin əsasında azadlıq, müstəqillik dayanır. Azərbaycan dövlətinin bu günki uğurlarının təməlində Ulu Öndər Heydər Əliyevin siyasəti durur. Azərbaycan xalqı öz dövlətini dəstəkləyir, müdafiə edir və bu da xalqımızın əbədi müstəqilliyinin təminatıdır. Ona görə də bu gün Heydər Əliyev siyasətini uğurla həyata keçirən prezidentimiz Cənab İlham Əliyevin ətrafında daha da sıx birləşməli və Prezidentin həyata keçirdiyi bütün islahatlarda ona öz işimiz və əməlimizlə dəstək olmalıyıq.
        Daha sonra YAP Mingəçevir şəhər təşkilatının İdarə Heyətinin üzvü, 7 saylı Təhsil şöbəsi üzrə ərazi ilk partiya təşkilatının sədri Ramiz Kərimov, 12 saylı tam orta məktəbin direktoru, YAP şəhər təşkilatının Şura üzvü Mirzə Cavadov və YAP şəhər təşkilatının Gənclər Birliyinin üzvü Emin Paşayev, Ulu Öndərimiz Heydər Əliyevin gərgin mübarizəsi nəticəsində Azərbaycanın yenidən öz müstəqilliyinə qovuşmasından və bu gün də müstəqil Azərbaycan dövlətinin dünya dövlətləri arasında öz layiqli yerini tutaraq, bütün xarici və yerli təzyiqlərə baxmayaraq güclü orduya, güclü iqtisadiyyata malik böyük bir dövlət kimi inkişaf etməsində ölkə rəhbəri Cənab İlham Əliyevin çox şaxəli siyasətindən bəhs edən geniş məruzələrlə çıxış etdilər.
        Sonda YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov çıxış edərək, məruzəçiləri və yığıncaq iştirakçılarını bayram münasibəti ilə təbrik edərək, yığıncağın işində fəal iştirak etdiyinə görə təşəkkürünü bildirdi.
Bununla da, yığıncaq öz işini başa vurdu.

 

 

 

 

Keçidlər