Şriftin ölçüsü :

Saytın rəngi :

Oktyabrın 12-də şəhər İcra Hakimiyyətinin müşavirə zalında “2017-cı ilin 9 ayında Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr”ə həsr edilmiş Şura iclası keçirilib.

12 oktyabr 2017 | 16:00

Oktyabrın 12-də şəhər İcra Hakimiyyətinin müşavirə zalında “2017-cı ilin 9 ayında Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr”ə həsr edilmiş Şura iclası keçirilib. İclası Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov açaraq bildirib ki, oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-cı ilin üçüncü rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilmişdir. “Cənab Prezident iclasda etdiyi giriş nitqində bu ilin doqquz ayında ölkəmizin uğurla və hərtərəfli inkişaf etdiyini, bütün sahələrdə dinamik inkişafın təmin edildiyini və iqtisadi göstəricilərimizin müsbət olduğunu bildirdi. Çıxışda cari ilin 9 ayında qeyri-neft iqtisadiyyatının 2,5 faiz, kənd təsərrüfatının  2,8 faiz, xarici ticarət dövriyyəsinin isə 7 faiz artdığı, 226 min  yeni iş yerinin yaradıldığını vurğulandı və sosial tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm işlərin həyata keçirildiyini qeyd edildi. Bizim də bu günkü iclasın keçirilməsində əsas məqsədimiz Mingəçevir şəhərində 9 ay ərzində görülmüş işlərə baxış keçirmək və qarşıda duran vəzifələri müəyyənləşdirməkdir”.
     İclasın gündəliyi və reqlamenti təsdiq olunduqdan sonra 2017-cı ilin üçüncü rübündə Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə əlaqədar şəhər İcra Hakimiyyəti başçısının I müavini İlham İsmayılov çıxış edib.
    Müzakirələrdə şəhər    Əsaslı Tikinti, Təmir və Abadlaşdırma şöbəsinin müdiri Arif Musayev, şəhər Təhsil şöbəsinin müdiri Sahib Məmmədov, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Mingəçevir şəhər şöbəsinin rəisi Ağasəf Əliyev çıxış ediblər.
Şura iclası müzakirə olunan məsələyə dair müvafiq qərar qəbul edib. Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Şura iclasının işinə yekun vurub.

 

 

 

 

 

 

Keçidlər