Şriftin ölçüsü :

Saytın rəngi :

24.02.2023-cü il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə səyyar görüşü oldu

25 fevral 2023 | 12:21

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü MDU-nun ikinci korpusunun akt zalında oldu. Görüşə şəhərimizin Puşkin, Nizami, H.Əliyev, Ərəş, Müşfiq Rəhimov, 20 Yanvar küçələrindəki yaşayış binalarının sakinləri, eyni zamanda şəhər İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri və təmsilçiləri, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri dəvət olunmuşdular. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov görüşü açaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində ölkəmizin bütün regionlarında həyata keçirilən tikinti-quruculuq işlərinin sürətləndirildiyindən danışdı. Bildirdi ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə azad olunan torpaqlarımızda həyata keçirilən tikinti-quruculuq işləri sürətlə davam edir. Keçmiş məcburi köçkünlərin həyat tərzinin yaxşılaşdırılması məqsədi ilə müvafiq tədbirlər həyata keçirilir, onlar hər zaman dövlət qayğısı ilə əhatə olunurlar. Bu insanların doğma ata yurduna qayıtması üçün, eyni zamanda bölgədə həyatın yenidən bərpası üçün möhtəşəm layihələr həyata keçirilir. Mingəçevirdə respublikada aparılan abadlıq-quruculuq işlərinə uyğun olaraq tədbirlər görülür, şəhərin gözəlləşməsi üçün əməli işlər genişlənir. Şəhərimizin kanalizasiya, su xətləri, işıqlanma dirəkləri yenilənir, sakinlərin arzu və istəyinə uyğun olaraq nümunəvi məhəllələr yaradılır. Yeni park və xiyabanlar salınır. Məhəllələrdə uşaqların əylənməsi, gənclərin fiziki sağlamlığı üçün idman qurğuları quraşdırılır, yaşlı insanların səmərəli istirahəti üçün oturacaqlar, söhbətgahlar yaradılır. Şəhərdə işsizliyin qarşısını almaq üçün əlavə tədbirlər görülür. Keçmiş regeneret zavodunun yenidən layihələşdirilərək işə salınması mıəqsədi ilə aparılan hazırlıq işləri, MDU-nun yeni korpusunun tikintisi şəhərdə işsizliyin qarşısıının alınmasına əlavə təkandır. Bildiyiniz kimi, fevralın 13-də cənab Prezidentimizin iştirakı ilə Azərbaycan İES-in yeni, müasir tələblərə cavab verən stansiyasının təməlinin qoyulması energetikamızın inkişafına əlavə töhfədir, təbii ki, bu da stansiyanın tikintisinə yeni işçi qüvvəsi cəlb olunması deməkdir. Çıxış edən sakinlərdən Arif Ömərov, Elşən İbrahimli, Qənirə Ələsgərova, Elnarə Hüseynova, Elnarə Sadıqova, Əli Yusifov, Svetlana Qurbanova, Kifayət Əliyeva, Şəfayət İsmayılova, Sahibə Rəsulova, Mahir Şərifov, İlham Şirinov və başqaları ölkəmizdə aparılan abadlıq-quruculuq işlərinə və insanlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və şəhər İcra Hakimiyyətinə dərin minnətdarlıqlarını bildirdilər. Eyni zamanda qarşılaşdıqları çətinliklər barədə fikir və mülahizələrini şəhər rəhbərinə çatdırdılar. Xüsusilə Puşkin küçəsindəki 20 nömrəli yataqxananın sakinləri daha aqressiv şəkildə müraciətlər etdilər. Yataqxanada kanalizasiya sisteminin normal işləməməsi, su xəttinin tez-tez sıradan çıxması, işıqlanmanın zəifliyi, binanın əsaslı təmirə ehtiyacı olması kimi fikirlər söylədilər. Sakinlər əsasən binaların zirzəmilərində antisanitariya vəzilyyətinin olmasını, işsizliyin mövcudluğunu, ağacların vaxtlı-vaxtında sulanmamasını, budanmamasını diqqətə çatdırdılar. Qaldırılan bütün məsələlər ətrafında fikirlərini sakinlərə çatdıran icra başçısı qeyd etdi ki, şəhərdə aparılan abadlıq-quruculuq işləri timsalında bütün bu çatışmazlıqlara sön qoyulacaq və onlar tezliklə öz həllini tapacaqdır. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov İcra Hakimiyyətinin məsul əməkdaşlarına, idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlarını verdi.

Keçidlər