Şriftin ölçüsü :

Saytın rəngi :

24 iyul 2023-cü il tarixdə Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü oldu

25 iyul 2023 | 14:24

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü iyul ayının 24-də İ.Qayıbov küçəsindəki 3 nömrəli binanın qarşısında oldu. Görüşdə şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, polis şöbəsinin rəisi Ədalət Əliyev, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər. Görüşə İ.Qayıbov, D.Əliyeva, H.Əliyev küçələrindəki yaşayış binalarının sakinləri ilə yanaşı şəhərin digər ərazilərində yaşayan vətəndaşlar da gəlmişdilər. Şəhər rəhbəri İlham İsmayılov ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə hər həftə keçirilən səyyar görüşlərin əsas məqsədinin vətəndaşları narahat edən problemlərin öyrənilməsinə və həllinə nail olunmasına yönəldiyini bildirdi. Dövlətimizin başçısının rəhbəriliyi ilə həyata keçirilən regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Mingəçevirdə davamlı şəkildə reallaşan quruculuq işlərindən danışan İ.İsmayılov şəhərimizin gözəlləşməsi məqsədi ilə işlərin davam etdirildiyini bildirdi. Yeni iş yerlərinin yaradılmasının diqqət mərkəzində saxlandığından, kanalizasiya sisteminin yenidən qurulmasından, yaşıllıq zolaqlarının genişlənməsindən, məhəllələrdə abadlıq işlərinin sürətlənməsindən bəhs edən icra başçısı sakinləri onları narahat edən problemlərdən söz açmağa dəvət etdi. Sakinlərdən Əlisa Fərəcov, Həmayə Qəribova, Çiçək Hətəmova, Zülfiyyə Bəkirova, Könül Həsənova, Mətanət Qəribova, Xumar Məmmədova, Mərvə Abdullayeva, Əziz Bayramov, Muxtar Əşrəfli, Nail Osmanov, Arzu Rəhimova, Etiqad Məmmədov və başqaları şəhərimizdə həyata keçirilən abadlıq quruculuq işlərindın razılıq etdilər. Həmçinin kanalizasiya sisteminin bərbad vəziyyətdə olmasından, zirzəmilərdəki antisanitar vəziyyətdən, binaların əsaslı təmirə ehtiyacının olmasından, istilik sisteminin bərpasının vacibliyindən, qurumuş ağacların budamasının zəruriliyindən, işsizlik və digər məsələlərdən söhbət açıldı. Şəhər rəhbəri sakinləri diqqətlə dinlədikdən sonra aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlarını verərək nəzarətdə saxlanacağını bildirdi.

Keçidlər