Mingəçevirdə bu ilin 6 ayının yekunları ilə bağlı hesabat yığıncağı keçirilib.
26 iyul 2017-ci il tarixdə şəhər İcra Hakimiyyətinin akt zalında 2017-ci ilin I yarımilində sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş şura iclası keçirilib.
İclası Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı cənab Niyazi Bayramov açaraq iyul ayının 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası barədə məlumat verdi.
İcra başçısı çıxışında cari ilin 6 ayında qeyri neft iqtisadiyyatının 1,7 faiz, kənd təsərrüfatının isə 2,2 faiz artdığını, ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulduğunu, 122 min yeni iş yeri açıldığını, sosial tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm işlər görüldüyünü bildirdi və bu işlərin regionlarda da həyata keçirildiyini qeyd etdi.
Hesabat yığıncağında 2017-ci ilin 6 ayında şəhərin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə Mingəçevir İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov geniş məlumat verib.
Sonra Maliyyə İdarəsinin rəisi Samir Məmmədov, Sahibkarlar Konfederasiyasının üzvü Vaqif Həsənov, 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin sektor müdiri Qərib Abdullayev, Mingəçevir Sənaye Parkında mühüm işlər üzrə icraçı direktoru Arif Mahmudov və Mərkəzi xəstəxana Publik hüquqi şəxsin direktoru Könül Ələkbərov 6 ay ərzində sahələr üzrə görülən işlər haqqında tədbir iştirakçılarına məlumat verdilər. Daha sonra şura iclasının yekunu üzrə hazırlanmış qərar layihəsi oxundu.
Sonda şəhər İcra Hakimiyyətinin başçısı cənab Niyazi Bayramov iclasa yekun vurdu.