Şəhər çimərliyində "Sağlam nəsil sağlam ölkə" yarışı
Mingəçevir şəhər çimərliyində Sibir Sağlamlıq Korporasiyasının təşkilatçılığı ilə “Sağlam nəsil sağlam ölkə” devizi altında Sumo idmanı üzrə kişilər arasında Mingəçevir açıq çempionatı və Azərbaycan Masreslinq Federasiyasının dəstəyilə Masreslinq üzrə Mingəçevir şəhəri açıq kuboku yarışı keçirildi. Bakı, Sumqayıt, Naxçıvan, Mingəçevir, Yevlax, İsmayıllı, Bərdə, Ağdam güləşçilərinin yarışdığı mübarizədə Sumo və Masreslinq Federasiyalarının nümayəndələri, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və ictimaiyyət nümayəndələri iştrak etdilər.
Azərbaycan Sumo Federasiyasının Prezidenti, dünya və Avropa çempionu Samir Abdullayev və Sibir Sağlamlıq Korporasiyasının nümayəndəsi, layihə rəhbəri Azər Hüseynov tədbirdə çıxış edərək, idman sahəsində qazanılan nailiyyətlər həm də dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biri olduğunu vurğuladılar.
Yarışın sonunda qaliblər diplom və medallarla təltif edilib, hədiyyələrlə mükafatlandırıldılar.
Tədbirdən sona şəhər rəhbəri çimərliyə baxış keçirərək, vəziyyətlə yenidən tanışlıq etdi, bir sıra tövsiyyələrini verdi.