Şriftin ölçüsü :

Saytın rəngi :

23.11.2023-cü il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü oldu

23 noyabr 2023 | 11:34

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü noyabr ayının 23-də 14 nömrəli tam orta məktəbin akt zalında oldu. Görüşdə İcra aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi Ədalət Əliyev, yaxınlıqda yaşayan binaların sakinləri, mətbuat işçiləri iştirak ediblər. Görüş iştirakçılarını salamlayan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə və şəhərimizdə həyata keçirilən quruculuq işləri haqqında məlumat verdi. Qeyd etdi ki, hazırda Mingəçevirdə cənab Prezidentin tapşırığına müvafiq olaraq abadlıq-quruculuq işləri sürətlə davam etməkdədir. Şəhərin 126-cı məhəlləsində, xüsusən A.Məmmədov küçəsindəki 4,4/1, 4/2, 6/3 və bu əraziyə yaxın olan binalarda əsaslı təmir işləri, yolların nizama salınması, kanalizasiya xətlərinin işlənib hazırlanması davam etməkdədir. Bu günədək şəhərimizdə əhalini narahat edən kanalizasiya işlərinin demək olar ki, 84 faizi yekunlaşmaq üzrədir. Şəhərdə sahibkarlara göstərilən diqqət və qayğının nətisəsində yeni iş yerlərinin açılmasına nail olunmuşdur. Son 4 ildə şəhərdə bu sistemlə 850 nəfərə yaxın vətəndaş işlə təmin olunmuşdur. İşsizliyin aradan qaldırılması məqsədi ilə digər tədbirlər də həyata keçirilir. İcra başçısı əminliklə vurğuladı ki, şəhərdə nümunəvi məhəllələrin, park və xiyabanların yaradılması insanların razılığına səbəb olur və bu istiqamətdə gələcəkdə də işlər davam etdiriləcəkdir. Keçirilən səyyar görüşlərin əhəmiyyətindən bəhs edən icra başçısı vurğuladı ki, belə görüşlərdə qaldırılan hər bir məsələ vaxtında həllini tapmaqla işimizin yüksəlişinə təkan verir. Odur ki, akt zalında qoyulmuş sərbəst mikrafondan istifadə etməklə təkif və arzularınızı bildirməyi xahiş edirəm. Görüşdə sakinlərdən Sahib Abdullayev, Kamil Süleymanov, Zakir Süleymanov, Şahlar Əsgərov, Hafiz Məmmədov, Nigar Zakirova, Xanım Cəfərova, Nuriyyə Qənbərova, Allahverdi Əliyev və başqaları çıxış edərək fikir və arzularını, təkliflərini, qarşılaşdıqları problemləri dilə gətirdilər. Görülən işlərdən razılıqlarını bildirməklə diqqəti əsasən çatışmazlıqlara yönəltdilər. Yaşadıqları ərazilərdə olan ağacların budanmasını, kanalizasiya xətlərinin bərbad vəziyyətdə olmasını, bəzi sahələrdə işığın zəifliyini, sahibsiz itlərin baş alıb getdiyini, binaların qarşısında əlavə oturacaqların qoyulmasına ehtiyac duyulduğunu diqqətə çatdırdılar. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qaldırılan məsələlərə münasibətini bildirməklə görüşdə iştirak edən idarə, müəssisə və təşkilat rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər